İDMAN
Azərbaycanın iki şahmatçısı “Baku open” turnirinin liderindən bir xal geri qalır
Bakı, 30 sentyabr (AZƏRTAC). Azərbaycanın paytaxtında “Baku Open 2014” beynəlxalq şahmat festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, yekun tur ərəfəsində “A” qrupunda rusiyalı Ernesto İnarkiyev, Konstantin Lupulesku (Rumıniya), ukraynalı Aleksandr Areşşenko və Andrey Barişpolets irəlidədirlər. Onlar 8 mümkün xaldan hərəyə 6 xal toplayıb. Altı şahmatçı liderlərdən yarım xal geri qalır.
Azərbaycan şahmatçıları arasında beynəlxalq dərəcəli ustalar Zaur Məmmədov və Loğman Quliyev daha yaxşı nəticə göstərirlər. Onların hər biri 5 xal toplayıb. Qrossmeysterlər Nicat Məmmədov və Eltac Səfərlinin hərəyə 4,5 xalı vardır.
Yarış İsveçrə sistemi üzrə 9 turda keçiriləcək.
Ümumi mükafat fondu 50.000 ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]