SİYASƏT
Azərbaycanın iqtisadiyyat naziri Gürcüstana səfərə gəlib
Tbilisi, 27 oktyabr, AZƏRTAC
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 27-də Gürcüstana səfərə gəlib.
Ş.Mustafayev oktyabrın 28-də Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili və iqtisadiyyat naziri Dmitri Kumsişvili ilə görüşəcək.
Görüşlərdə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunacaq.
Nazir, həmçinin Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsini və “Qəhrəmanlar abidəsi”ni ziyarət edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi