SİYASƏT
Azərbaycanın iqtisadiyyat naziri Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Tbilisi, 28 oktyabr, AZƏRTAC
Gürcüstanda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 28-də Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Nazir abidənin önünə gül dəstələri düzüb, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Abidəni ziyarət edənlər arasında Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, nazirliyin və səfirliyin əməkdaşları da olublar.
Nazir, həmçinin Qəhrəmanlar Memorialını ziyarət edərək önünə əklil qoyub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi