İQTİSADİYYAT


Azərbaycanın iştirakı ilə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin (EASA/EAP) ikinci iclası keçirilib

Bakı, 24 iyul, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyevdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya dövlətlərinin aviasiya administrasiyalarına dəstək layihəsi üzrə işçi qrupunun ikinci iclası keçirilib.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndələri iştirak ediblər.

İşçi qrupunun ilk görüşü ötən ilin iyul ayında Kişinyovda keçirilib. Layihə Avropa İttifaqı Şurası tərəfindən maliyyələşdirilir və 4 il müddətinə nəzərdə tutulub. Layihənin əsas məqsədi dayanıqlı mülki aviasiya administrasiya sisteminin təmin olunmasında iştirakçı dövlətlərin aviasiya qurumlarına yardım göstərilməsi, habelə uçuşların təhlükəsizliyi və aviasiya təhlükəsizliyi sahəsində qaydaların Avropa standartları ilə harmonizasiyasıdır. Layihəyə, həmçinin yük və poçt aviasiya təhlükəsizliyi komponenti da daxil edilib.

İclasda ötən il ərzində görülən işlər barədə məlumat verilib, proqram çərçivəsində gələcək addımlar müzakirə olunmuş və EASA komandası tərəfindən hər bir iştirakçı dövlət üçün işlənib hazırlanmış təlim layihələri nəzərdən keçirilib.

Müzakirələr zamanı xüsusi diqqət Avropa qaydalarının iştirakçı dövlətlərin milli qanunvericiliyi ilə adaptasiyası, qərb və şərq aviasiya texnikasının birgə istismarına imkan verən qaydalar, pilotsuz uçuş aparatlarının (dronlar) əməliyyatlarının tənzimlənməsi və qeydiyyatı üzrə qaydaların işlənib hazırlanması, həmçinin dövlətlər tərəfindən uçuşların təhlükəsizliyinin təmin olunmasının yoxlanılması üzrə ICAO-nun universal proqramı çərçivəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması sahəsində iştirakçı dövlətlər arasında məlumat və təcrübə mübadiləsinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.