İQTİSADİYYAT


Azərbaycanın iştirakı ilə məşğulluq statusuna dair beynəlxalq təsnifatın təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılır

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycanın iştirakı ilə məşğulluq statusuna dair beynəlxalq təsnifatın təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılır.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr iyunun 20-23-də Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində əmək statistiklərinin XX beynəlxalq konfransına hazırlıq məqsədilə regional tədbiri və məşğulluq statusuna dair yenidən işlənib hazırlanan beynəlxalq təsnifatla bağlı ekspertlərin texniki iclasında aparılır.

Tədbirlərə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri, Beynəlxalq Əmək Təşkilatı İşçi qrupunun üzvü Nemət Xuduzadə qatılıb.

Tədbirlərdə ABŞ, İsrail, Rusiya, Moldova və Avropa İttifaqına üzv ölkələrin milli statistika qurumlarının və 3 beynəlxalq təşkilatın (Beynəlxalq Əmək Təşkilatı, Qloballaşan İqtisadiyyatın Qeyri-formal sektorunda Qadınlar (WIEGO), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)) mütəxəssisləri iştirak edirlər.

İclasın əsas məqsədi Avropa və digər region ölkələrin mütəxəssisləri ilə əmək, məşğulluq və işçi qüvvəsindən tam istifadə olunmaması ilə bağlı əmək statistiklərinin XIX Beynəlxalq Konfransı tərəfindən qəbul edilmiş qətnamədən irəli gələn yeni standartlar əsasında 1993-cü ildə qəbul edilmiş Məşğulluq statusuna dair beynəlxalq təsnifatın təkmilləşdirilməsi istiqamətində aparılan müzakirələrin davam etdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.