REGİONLAR
Azərbaycanın kənd təsərrüfatı naziri Parisdə keçiriləcək Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak edəcək
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə keçiriləcək 52-ci Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək məqsədilə fevralın 19-dan 22-dək Fransada səfərdə olacaq. Nümayəndə heyəti sərgi çərçivəsində “İqlim dəyişiklikləri şəraitində kənd təsərrüfatı” mövzusunda konfransda da iştirak edəcək.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfər zamanı nazir Heydər Əsədovun Paris şəhərində yerləşən kənd təsərrüfatı üzrə müxtəlif beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.