İDMAN


Azərbaycanın kişi və qadın basketbolçuları İslamiadanın yarımfinalında

Bakı, 21 may, A.Sadıq, S.Məmmədova, AZƏRTAC

Mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışlarının dördüncü – sonuncu günündə qadınların və kişilərin mübarizəsində yarımfinal mərhələsinin digər iştirakçıları da müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın qadın basketbolçuları İndoneziya yığmasına 20:9 hesabı ilə qalib gələrək yarımfinala yüksəliblər. Digər oyunda Türkiyə millisi Əlcəzair yığmasını mübarizədən kənarlaşdırıb – 12:7.

Kişilərin mübarizəsində isə Qətər millisi Səudiyyə Ərəbistanından üstün olub – 15:7. Türkmənistan basketbolçuları isə Malini 13:10 hesabı ilə məğlub edib.

Xatırladaq ki, dörddəbir final mərhələsinin ilk görüşləri ötən gün keçirilmişdi.

Beləliklə, qadınların yarışında Azərbaycan, Türkiyə, Mali və Türkmənistan, kişilərin mübarizəsində Azərbaycan, Türkiyə, Qətər və Türkmənistan basketbolçuları yarımfinala vəsiqə qazanıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.