İDMAN


Azərbaycanın kişi voleybolçuları İslamiadanı ikinci sırada başa çatdırıblar

Bakı, 21 may, G.Mahmudlu, AZƏRTAC

Mayın 21-də İslamiadada kişi voleybolçuların yarışına yekun vurulub. Azərbaycan voleybolçuları yarışda ikinci yeri tutublar.

AZƏRTAC xəbər verir ki, “Baku Crystall Hall”da keçirilən yarışın final görüşündə Azərbaycan və İran milli komandaları üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk setində 25:16 hesabı ilə İran millisi qalib gəlib. İran yığması ikinci seti çətinliklə öz xeyrinə başa vura bilib - 29:27. Üçüncü setdə də 25:18 hesabı ilə üstün olan İran milli komandası oyunda 3:0 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Azərbaycan millisi İslamiadanı ikinci, Türkiyə yığması isə üçüncü sırada başa vurub.

Xatırladaq ki, qadın voleybolçuların yarışın çempionluq sevincini Azərbaycan idmançıları yaşayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.