İDMAN


Azərbaycanın komandası 10 metrdən pnevmatik tapança ilə atəşaçma yarışının qızıl medalını qazanıb

Bakı, 17 may, Məhərrəm Əlioğlu, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışında qalib gələn Azərbaycan idmançıları İslamiadanın çempionu olublar.

AZƏRTAC xəbər verir ki, Ruslan Lunyovdan və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gələrək qızıl medala layiq görülüblər.

İranın birinci komandası isə üçüncü yerə çıxıb.

İkinci komandamız - Rəsul Məmmədov və Zərifə Qasımova isə yarışı 7-ci yerdə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.