MƏDƏNİYYƏT


“Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində ustad dərsləri keçirilir

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 9-dan 14-dək Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində unudulmaqda olan tikmələrin dirçəlməsi üzrə ustad dərsləri keçirilir.

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, ustad dərsləri özbək mütəxəssis Madina Kasımbayeva tərəfindən aparılır.

Unudulmaqda olan tikmələrin dirçəlməsi üzrə keçirilən ustad dərsləri “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.