MƏDƏNİYYƏT
Azərbaycanın mədəniyyət və turizm naziri İtaliyalı həmkarı ilə görüşüb
Bakı, 3 avqust, AZƏRTAC
Xəbər verdiyimiz kimi, İtaliyanın Milan şəhərində "EXPO Milan 2015" sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.
Konfrans çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliya Respublikasının mədəni irs, fəaliyyət və turizm naziri Dario Francesçini ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə İtaliya arasında mədəni irs və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Ə.Qarayev konfransın əhəmiyyətini xüsusi vurğulayıb və 2016-cı il aprelin 25-27-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu zamanı da bu mövzuların müzakirə ediləcəyini bildirib. Həmçinin nazir Əbülfəs Qarayev D.Francesçini Forumda iştirak etməyə dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]