Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanın müasir neft-qaz sənayesinin uğurlarının təməlində “Əsrin müqaviləsi” dayanır VİDEO

Azərbaycanın müasir neft-qaz sənayesinin uğurlarının təməlində “Əsrin müqaviləsi” dayanır VİDEO Bakı, 17 sentyabr (AZƏRTAC, Nihad Budaqov). Sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən biri olan və Azərbaycan neft sənayesinin tarixində əhəmiyyətli yer tutan “Əsrin müqaviləsi”nin iyirmi illiyi tamam olur. “Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisə olmaqla yanaşı, Azərbaycan və qonşu dövlətlərin siyasi və iqtisadi həyatında dönüş nöqtəsinə çevrildi. İlk dəfə olaraq müstəqil Azərbaycan dövləti Xəzər dənizinin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənilməsi təşəbbüsünü reallığa çevirdi. Bu əlamətdar hadisə ilə bağlı “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Ramin İsayevin AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Ramin müəllim, Azərbaycanın “Yeni neft strategiyası”nın təməli sayılan “Əsrin müqaviləsi”nin imzalanmasından iyirmi il ötür. Bu tarix özündə bir çox amilləri səciyyələndirir. “Əsrin müqaviləsi” müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana nə verdi?

- Bu, doğurdan da tarixi hadisə idi. Ona görə ki, “Əsrin müqaviləsi”nin imzalanması və bu müqavilə çərçivəsində görülən işlər Azərbaycanda həm neft sənayesinin və ümumən iqtisadiyyatın inkişafında, həm də ölkəmizin beynəlxalq rolunun güclənməsində müstəsna rol oynayıb.

Azərbaycan öz müstəqilliyini 1991-ci bərpa etdikdən sonra ölkədə dərin siyasi-iqtisadi böhran hökm sürürdü. Buna baxmayaraq ümummilli lider Heydər Əliyev dünyanın ən nəhəng və qabaqcıl şirkətlərini inandırıb Azərbaycana gətirə bildi və “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Bu müqavilənin imzalanması ilə Azərbaycana böyük həcmdə xarici sərmayə axını başladı.

İyirmi ildən sonra bu hadisələrin canlı şahidi kimi deyə bilərik ki, Azərbaycanın müasir neft-qaz sənayesinin uğurlarının təməlində məhz “Əsrin müqaviləsi” dayanır. Ümummilli lider Heydər Əliyevin o dövrdə qarşıya qoyduğu məqsəd və hədəflərin əksəriyyətinə nail olunub.

- Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və iradəsi sayəsində “Üç dənizin əfsanəsi” adlandırılan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri istifadəyə verildi və bir əsrə yaxın sürən fasilədən sonra Azərbaycan nefti yenidən Qərbə istiqamət götürdü. Bu fikirlərə daha nəyi əlavə etmək istərdiniz?

- “Əsrin müqaviləsi” imzalandıqdan sonra, Azərbaycan yeni texnika və texnologiyalar cəlb etməklə 1997-ci ildə ilkin neftin hasilatına nail oldu. Bununla da Azərbaycanda neft istehsalının sürətli yüksəliş dövrü başlandı. Neft hasilatının artması, dünya bazarlarına çatdırılması müvafiq boru kəmərləri və marşrutlar da tələb edirdi. Bunun üçün ilk olaraq Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri işə salındı. Eyni zamanda alternativ və daha etibarlı marşrut olaraq Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri seçildi. O vaxt bir çoxları bu layihənin həyata keçəcəyinə şübhə ilə yanaşırdılar. Amma ulu öndər Heydər Əliyevin uzaqgörənliyi özünü bu dəfə də doğrultdu. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə salınması ilə Azərbaycan öz neftini birbaşa Aralıq dənizinə, oradan isə dünyanın istənilən bir nöqtəsinə çatdırmaq imkanı əldə etdi.

BTC həm strateji, həm də iqtisadi cəhətdən səmərəli layihədir. Nefti olduqca ucuz qiymətə birbaşa Aralıq dənizinə çatdırmaq imkanı yaradır. Eyni zamanda bu kəmər Xəzərin şərq sahillərindəki neft istehsalçıları üçün də cəlbedici ixrac marşrutu idi. Onlar bundan hazırda da faydalanmaqdadır.

- Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində bu gün regionun geosiyasi-iqtisadi xəritəsi dəyişir. Azərbaycanın iştirakı ilə reallaşdırılan “Şahdəniz”, TANAP və TAP layihələri bütün dünyaya səs salıb. Siz bu layihələrin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- 1999-cu ildə “Şahdəniz” yatağında böyük həcmdə kommersiya qaz ehtiyatlarının kəşfi Azərbaycanda neft-qaz sənayesinin inkişafında yeni səhifənin açılmasına gətirib çıxardı. “Şahdəniz”in birinci mərhələsinin işə salınması ilə Azərbaycan qaz ixrac edən ölkəyə çevrildi. Təkcə bir faktı demək istərdim ki, 2006-cı ildə Azərbaycanda ümumilikdə həm Dövlət Neft Şirkətinin özünün, həm də “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından alınan səmt qazının birgə həcmi təxminən 9,1 milyard kubmetr təşkil edirdi. Bu gün isə qaz istehsalı 30 milyard kubmetrə çatır. Azərbaycan müstəqil şəkildə qaz ixrac edən ölkəyə çevrilib. Yəni həm Gürcüstana və Türkiyəyə, həm də Rusiyanın cənubuna, lazım gəldikdə İrana belə qaz ixrac etmək imkanlarına malikdir.

“Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsinin həyata keçirilməsi isə artıq imkan verəcək ki, Azərbaycan özünün ixrac potensialını daha da gücləndirsin və Türkiyə bazarına daha çox miqdarda qaz ixrac edə bilsin, habelə strateji əhəmiyyətli bazar olan Avropa bazarına çıxsın. Bütün bunlar günümüzün reallıqlarıdır.

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) adının nüfuzlu beynəlxalq şirkətlər sırasında çəkilməsi bu istiqamətdə atılan biri-birindən əhəmiyyətli addımların nəticəsidir. Dövlət Neft Şirkətinin regionda və beynəlxalq arenadakı fəaliyyəti getdikcə genişlənir, şirkət respublikamızda və xarici ölkələrdə irimiqyaslı layihələr həyata keçirir. Bir qədər də bundan bəhs etməyinizi istərdik.

- Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) doğrudan da son dövrlərdə böyük inkişaf yolu keçib və artıq dünyanın tanınan neft şirkətlərindən biridir. Hazırda ARDNŞ bir çox xarici ölkələrdə fəaliyyət göstərir və özünün əməliyyat coğrafiyasını gələcəkdə də genişləndirmək əzmindədir. Dövlət Neft Şirkətinin beynəlxalq miqyasda rolunun artmasında neft və qaz ixrac layihələri böyük rol oynayıb. Belə ki, Azərbaycan, o cümlədən ARDNŞ artıq nəinki regional və ya Avropa miqyasında, eyni zamanda qlobal miqyasda enerji təhlükəsizliyinə çox böyük töhfə verən etibarlı tərəfdaş kimi tanınır. Bu isə Dövlət Neft Şirkətini digər ölkələrdə daha arzuolunan tərəfdaşa çevirir. ARDNŞ də bundan istifadə edərək özünün beynəlxalq əməliyyatlarını genişləndirməkdədir.

Əlbəttə, neft və qazdan alınan gəlirlər ölkəmizdə digər sahələrin də inkişafına böyük təkan verir. Prezident İlham Əliyevin qarşıya qoyduğu “qara qızılı insan kapitalına çevirmək” vəzifəsi uğurla icra olunur. Ölkədə yeni nəsil mühəndis-texniki işçilərin, müasir, beynəlxalq miqyasda biznesin idarə olunmasında öz sözünü deyə biləcək mütəxəssislərin hazırlanması sahəsində ciddi işlər aparılır. Bunun nəticəsində də Azərbaycanda rəqabət qabiliyyətli müəssisələrin sayı artır. Beləliklə, beynəlxalq miqyasda işlər görmək, ölkəyə əlavə iqtisadi və siyasi dividentlər gətirmək imkanı yaranır.

İqtisadiyyatın inkişafı, eyni zamanda, sosial sahədə də islahatların aparılmasına imkan yaradır. Əhalinin güzəranının yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin kəskin şəkildə aşağı salınması, təhsilin, mədəniyyətin, sosial təminatın müasir standartlara uyğun qurulmasında əsas rol oynayır.

- Bəs yeni təsis edilmiş “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyət qazanılan uğurlarda nə kimi rola malikdir?

- Bu gün qarşıya müasir texnika və texnologiyalar, idarəetmədə modern üsullar tətbiq etməklə ən qısa zamanda ölkənin qaz ixracını artırmaq məqsədi qoyulub. Bu istiqamətdə bir çox addımlar atılır. Onlardan biri də “SOCAR-AQŞ” MMC-nin yaradılmasıdır. Qazma müəssisəsi kimi yaradılan “SOCAR-AQŞ” MMC “Günəşli” yatağının dayazsulu hissəsində neft quyularını sürətlə və keyfiyyətlə qazaraq ilk növbədə qaz istehsalının artırılmasına kömək etməklə məşğuldur. Bu günədək 40-dan çox yüksəkdevitli quyunu vaxtından əvvəl, ən əsası isə heç bir qəzaya, mürəkkəbləşməyə yol vermədən, ətraf mühitə ziyan vurmadan qazıb təhvil vermişik.

“SOCAR-AQŞ” MMC yaradıldığı gündən əsasən təşkilati strukturun möhkəmləndirilməsi, səriştəli işçilərin hazırlanması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində fəal iş aparır. MMC qazma sənayesində yeni texnika və texnologiyalar tətbiq etməyə, kadrların müasir texnologiyanın mənimsəməsinə şərait yaratmağa çalışır. Həmçinin Azərbaycandan kənarda yeni layihələrdə iştirak etmək istiqamətində də işlər aparırıq. Əminəm ki, çox yaxın müddətdə bu sahədə real nəticələr əldə ediləcək.

Azərbaycanda neft sənayesinin böyük tarixi, neftçilərimizin böyük ənənələri var. Azərbaycan neftçilərini qarşıdan gələn 20 sentyabr – Neftçilər Günü peşə bayramı münasibəti ilə təbrik edir, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və onun siyasi kursunun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft-qaz strategiyasının həyata keçirilməsindəki şərəfli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.

Müsahibəni yazdı:

Nihad Budaqov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil