REGİONLAR


Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi Ulu Öndərin adı ilə bağlıdır

A+ A

Zaqatala, 13 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol məhz 1969-cu il iyulun 14-dən – ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişindən sonra başlanıb. Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində ötən əsrin 70-80-ci illəri baş verən dəyişikliklərin miqyasına, xalqın maddi rifahının yüksəlməsinə görə Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifəsini təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu fikir ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 47-ci ildönümü münasibətilə iyulun 13-də Zaqatala şəhərində keçirilən “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi” mövzusunda elmi-praktik konfransda səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən konfransda səslənən məruzə və çıxışlarda vurğulanıb ki, ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütövlükdə cəmiyyətimiz ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də müstəqil dövlətimizin inkişafı məhz Ulu Öndərin adı və fəaliyyəti ilə bağlıdır.

Bildirilib ki, 47 il əvvəl respublika rəhbərliyinə yüksələn Heydər Əliyev özünün dərin zəkası, liderlik xarizması, milli ideallara, adət-ənənələrə möhkəm bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.

Konfransda çıxış edənlər dahi rəhbərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolundakı tarixi xidmətlərindən, onun respublikamıza rəhbərliyi dövrlərində ölkəmizin qazandığı uğurlardan bəhs edib, Ulu Öndərin siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.