CƏMİYYƏT


Azərbaycanın müdafiə sənayesi naziri Pakistanda beynəlxalq müdafiə sərgisində iştirak edəcək

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanın Karaçi şəhərində keçiriləcək “IDEAS-2016” IX Beynəlxalq müdafiə sərgisi və seminarında iştirak edəcək.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 22-dən 25-dək davam edəcək səfər çərçivəsində Y.Camalovun Pakistanın dövlət rəsmiləri, habelə sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.