REGİONLAR
Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında YAP-ın böyük rolu olub
Gəncə, 22 noyabr, AZƏRTAC
Gəncədəki “Asan xidmət” Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 22 illiyi qeyd edilib.
YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev tədbirdə çıxış edərək partiyanın keçdiyi şərəfli yoldan, onun müstəqil Azərbaycanın inkişafına verdiyi töhfələrdən danışıb.
Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, Gəncə Musiqi Kollecinin direktoru Gülçin Mirzəyev, Gəncə “Asan xidmət” Mərkəzinin direktoru Elnur Rzayev və başqaları çıxış edərək Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və inkişafında, Yeni Azərbaycan Partiyasının rolundan bəhs ediblər.
Sonda “Asan xidmət” Mərkəzində çalışan könüllülərin bir qrupuna Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.