REGİONLAR


Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Lənkəranda rəsm sərgisi açılıb

Lənkəran, 26 dekabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə məktəbin 30 gənc rəssamının müxtəlif janrlarda işlənmiş əl işləri nümayiş etdirilir. Şagirdlərin əl işləri əsasən rəngkarlıq, qrafika nümunələrindən ibarətdir.

Məktəblilər çəkdikləri rəsmlərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 25 il ərzində ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətləri, həmçinin gələcəklə bağlı arzularını təsvir ediblər. Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz də sərgidə nümayiş etdirilən rəsmlərdə əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.