Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın müstəqilliyinin əbədilik qazanmasında Ulu Öndərin böyük xidmətləri var

Bakı, 11 dekabr, AZƏRTAC

Suraxanı rayonu Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Ağsaqqallar Şurası, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı rayon təşkilatının birgə təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib.

Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət ediblər.

Sonra tədbir iştirakçıları Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar, Ümummilli Liderin xatirəsinə həsr olunmuş poçt markalarına və kitab sərgisinə baxıblar.

Rayon icra hakimiyyətinin akt zalında ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Millət Atası” filmi nümayiş olunub.

Anım tədbiri Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, tədbirin Respublika Ağsaqqallar Şurası ilə birgə keçirilməsi təsadüfi deyil. Azərbaycanda "ağsaqqal" sözü həmişə uca tutulub. Ulu öndər Heydər Əliyevin istər birinci, istərsə də ikinci hakimiyyəti dövründə ağsaqqallar daim yanında olub.

Öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən Ümummilli Lider həsəd aparılacaq bir ömür yaşadı. Ötən zaman kəsiyi göstərib ki, Ulu Öndərin həlledici bir məqamda hakimiyyətə gəlişi, Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin daim yaşamasına zəmin yaratdı.

Bu günlər respublikamızın hər yerində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir daha anılır.

İnsanın Vətəninin timsalına çevrilməsi nadir hadisələrdəndir. Məhz Ulu Öndər dünyanın bu, əlçatmaz mərtəbəyə yüksələn nadir şəxsiyyətlərindən biri olub.

Heydər Əliyev və azərbaycançılıq məfkurəsi müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil edir. Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olunması, vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi üçün açardır.

Ulu Öndərin Azərbaycan təəssübkeşliyi nəticəsində 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində əsası qoyulmuş və inşa edilmiş müəssisələr Azərbaycanı yalnız aqrar ölkə və xammal bazası rolu oynayan müstəmləkə çərçivəsindən çıxaraq SSRİ-nin güclü iqtisadiyyata malik sənaye mərkəzlərindən birinə çevirmişdi. Görülən bu işlər azərbaycançılığın formalaşmasının sosial-iqtisadi əsaslarını təşkil edən xidmətlərin bir nümunəsidir. Azərbaycançılıq məfkurəsinin mənəvi əsasını təşkil edən Azərbaycan dilinin 1978-ci ildə, Sovet İmperiyasının çiçəkləndiyi bir dövrdə qəbul edilmiş Konstitusiyada dövlət dili kimi təsbit edilməsi, Heydər Əliyev dühasının unikal nailiyyəti idi.

Bütün bunlar vətəndaş, şəxsiyyət və lider kimi Heydər Əliyevin dövlətçilik təfəkkürü və azərbaycançılıq məfkurəsinə ən çətin dönəmlərdə də sadiq qalaraq Azərbaycanda milli mənlik şüurunun inkişafındakı xidmətlərinin bariz göstəricisidir.

2003-cü ildən bəri ötən zaman kəsiyi də Ümummilli Liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev istər övlad, istər rəhbər, istər sərkərdə kimi Heydər Əliyev ucalığının təcəssümüdür, ən ümdə xəyalları gerçəyə çevirən dövlət başçısıdır. Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışan, onun ən yaxın silahdaşı, Heydər Əliyev siyasi kursuna, azərbaycançılıq ideologiyasına əsaslanan, milli soykökümüzə bağlı xeyirxah missiyası ilə seçilən respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyəti artıq sərhədləri aşaraq, sorağı planetin sayılıb-seçilən dövlətlərindən, ən mötəbər qurumların tribunalarından gəlir.

Heydər Əliyev siyasəti yaşayır və Azərbaycanın müstəqilliyini əbədi və dönməz edir.

Tədbirdə uzun illər Ulu Öndərin rəhbərliyi ilə ölkəmizin inkişafı istiqamətində yorulmadan çalışmış, bu gün də Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının çiçəklənməsinə öz töhfəsini verən, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək deyib: “Ümummilli Lider mənim xatirəmdə dünyanın ən gözəl insanlarından biri kimi, işıqlı dünyanın ilahi tərəfindən yaradılmış ən gözəl, qədd-qamətli boy-buxunlu, fiziki cəhətdən çox sağlam, həmişə yadda qalan və yaradılmışların əksəriyyətindən fərqlənən, seçilən gözəl insan kimi qalıb. Heydər Əliyevin rəhbərliyi altında uzun müddət işlədiyim üçün onun şəxsi və rəhbərlik sahəsindəki yüksək keyfiyyətlərini bu gün də xatirəmdə canlandırıram. Onda böyük uzaqgörənlik, insanlara, xalqa, torpağa böyük sədaqət hissləri var idi. Heydər Əliyev yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Ədaləti, düzlüyü, səmimiyyəti, insani keyfiyyətləri xüsusilə qiymətləndirən, ona məna verən bir böyük şəxsiyyət idi. Heydər Əliyevdə müqəddəs ideyalar, əməllər ətrafında insanları ətrafına yığmaq, öz arxasınca aparmaq qabiliyyəti var idi. Ona məxsus olan ən böyük keyfiyyətlərdən biri də səmimi olmaq idi. Ona görə də Heydər Əliyev ilk baxışda onunla təmasda, ünsiyyətdə olan insanları inandırır və onları doğru yola, düz yola istiqamətləndirməyi bacarırdı. Xalqa arxalanan, xalqı hər zaman öz arxasında görən, qəlbində Azərbaycan insanına məhəbbət olan rəhbər həmişə qalib olur”.

Milli Məclisin deputatı qeyd edib ki, Ümummilli Lider olmasaydı, müxtəlif qruplaşmalar Azərbaycanı parçalayacaqdı. Azərbaycanın bir hissəsi Şərqə, bir hissəsi Qərbə, bir hissəsi Şimala, bir hissəsi də Cənuba parçalanacaqdı. Müstəqil Azərbaycan, bugünkü Azərbaycan olmayacaqdı. Azərbaycan xalqı müdrik xalqdır. Bu xalqın möhtəşəm bir dövlət kimi yaşamağa haqqı var. Bu gün Azərbaycan dünyada tanınır. Dünyanın bütün qitələrində Azərbaycan insanı var, Azərbaycan sözü var. Azərbaycan məfhumu var. Azərbaycan mədəniyyəti, Azərbaycan incəsənəti Prezident İlham Əliyevin rəhbərliyi sayəsində, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində daha geniş miqyasda tanınır. Azərbaycan var, yaşayır, əbədi olaraq yaşayacaq.

Tədbirdə Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev, Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, tarix elmləri doktoru, akademik Teymur Bünyadov, Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, tibb elmləri doktoru, AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış ediblər.

Sonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin təbliğində və Suraxanı rayonunun ictimai həyatında fəal iştirak etdiyinə görə Azərbaycan Respublikasının Ağsaqqallar Şurası rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

NATO-nun Hərbi Komitəsinə alman general rəhbərlik edəcək

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Sürücülərin nəzərinə

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycanın müttəfiqliyi regionda sabitliyin qalxanıdır

Hərbi ekspert: Antiterror tədbirləri separatizmin tabutuna vurulan son mismar oldu

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək

Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Ağdamda Milli Qəhrəmana həsr edilmiş qısametrajlı filmin təqdimatı olub

Hərbi ekspert: Antiterror tədbirləri dünya hərb tarixində unikallığı ilə seçilir

Bu saata olan əsas xəbərlər

Bədii rəhbər: Torpaqlarımız azad olunandan sonra ansamblımızın fəaliyyətini bərpa etdik

Gülzadə Abdulova: Nümayiş etdirdiyimiz geyimlər tarixi fotoşəkillər əsasında hazırlanıb

Həsən Həsənov: Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması nəticəsində yaranmayıb

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Ellada Bəkirova: Alban xristianlığından qalan müqəddəs yerlər xalqımızın tarixi yaddaşında yaşayıb

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Deputat: 28 Maydan 20 Sentyabra uzanan yol Azərbaycanın dövlətçilik iradəsinin tarixidir

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

Göygölə dolu düşüb - FAKTİKİ HAVA

Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu – RƏY

Qubada Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illik yubileyi qeyd olunub

Münxendə 191-ci Oktoberfest start götürüb

Şair Ramaldanov: Antiterror tədbirləri Azərbaycanın bütün ərazilərində dövlət suverenliyini tam bərpa edib

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Türkiyədə “Prezident Administrasiyasının arxivindən fotolarla. Demokratiyaya vurulan zərbə: 27 May” kitabı nəşr olunub

Türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsi prioriteti olaraq qalır – ŞƏRH

Əmək münasibətlərində gender bərabərliyi necə təmin edilməlidir?

“Qədim daşlar arasında” klassik musiqi

Həkəri çayında batan şəxsin meyiti tapılıb

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

Ülviyyə Əliyeva: Artıq 18 ildir “Arşın mal alan”da Telli rolunu ifa edirəm

“Suverenlik və milli güc amili” - Elçin Mirzəbəyli yazır

Emin Bağırov: 20 Sentyabr Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təsdiqləyən tarixi gündür

Azərbaycan türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə töhfə verir – ŞƏRH

AMEA rəhbərliyi və Şərqşünaslıq İnstitutunun kollektivi Aida İmanquliyevanın məzarını ziyarət edib

“Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.C.Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Rumıniya mətbuatı: Azərbaycan qazı qış ərəfəsində ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

Politoloq: Türk Dövlətləri Təşkilatı əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb

Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi TDT üçün çox vacibdir - ŞƏRH

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Bazar gününün hava proqnozu açıqlanıb

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Ordubadda “Cənnətin iqamətgahı” filminin premyerası olub

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Suriyada silah anbarında partlayış baş verib, ölənlər var