Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın ordu quruculuğunda Prezident İlham Əliyev mərhələsi

Bakı, 20 dekabr, AZƏRTAC

Dekabrın 20-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycanın ordu quruculuğunda İlham Əliyev mərhələsi” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev bildirib ki, müasir Azərbaycan Ordusunun müəllifi ümummilli lider Heydər Əliyevdir. Ulu Öndərin ötən əsrin 70-ci illərində yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Lisey ordumuzun inkişafında böyük rol oynayıb. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın ordu quruculuğuna verdiyi töhfə təkcə Cəmşid Naxçıvanski adına Hərbi Liseylə məhdudlaşmır. Azərbaycanın müstəqilliyinin bərpasından sonra 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərimiz ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün ordu quruculuğunun inkişafına böyük töhfə verib. Bu gün Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordumuz ən müasir silahlarla təchiz olunub. Hərbi şəhərciklərin çox hissəsi yenidən tikilib və ya tam təmir edilib. Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyir.

Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani mövzunun aktuallığından danışaraq bildirib ki, Azərbaycanın hərb tarixində ordu quruculuğunun xüsusi yeri var. Ordu quruculuğuna ən yüksək qiyməti ulu öndər Heydər Əliyev verib. Müasir Azərbaycan Ordusunu yaratmaq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük xidmətlərindən biridir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunun yeni mərhələsindən danışıb.

Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Xanhüseyn Kazımlı müdrik və qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi ilə ordu quruculuğu prosesinin geniş vüsət almasından, Azərbaycan Silahlı Qüvvələrinin regionun ən güclü ordularından biri olmasından, eləcə də Vətən əsgərinin mənəvi, fiziki, iradi keyfiyyətlərinin ən yüksək səviyyəyə çatmasından qürur hissi ilə danışıblar. Deputatlar cəbhə bölgələrinə səfərləri zamanı bunun şahidi olduqlarını bildirərək, ordumuzun yenilməzliyini, hərbi qulluqçuların yüksək vətənpərvərlik hisslərinə malik olmalarını, Vətən torpaqlarının azadlığı uğrunda Ali Baş Komandanın əmrini yerinə yetirməyə qadir olduqlarını qeyd ediblər.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə dosenti, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev, yazıçı-publisist Natəvan Dəmirçioğlu, “AzeriDefence” jurnalının bas redaktoru Rəşad Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun atası Salman Qurbanov və digər çıxış edənlər də son illər ölkəmizdə digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da yaşanan sürətli inkişafdan danışıb, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının qısa zaman kəsiyində yeniləndiyini, Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusuna çevrildiyini söyləyiblər. Vətən oğullarının bu gün müxtəlif qoşun növlərində xidmət edərək döyüş hazırlığını artırmaqla məşğul olduğunu bildirən “dəyirmi masa” iştirakçıları hərbçilərimizin torpaqlarımızı işğal etmiş Ermənistan silahlı birləşmələri ilə təmas xəttində döyüş növbəsi apardıqlarını, müstəqil dövlətimizin və dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayandıqlarını vurğulayıblar.

Bir daha diqqətə çatdırılıb ki, güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi.

Xüsusi vurğulanıb ki, Azərbaycan xalqı öz Prezidentinə inanır və işğal altındakı torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə azad ediləcəyi, ərazi bütövlüyümüzün təmin olunacağı, bayrağımızın Şuşada, Xankəndidə, Laçında və işğal altındakı digər əzəli torpaqlarımızda dalğalanacağı günün uzaqda olmadığına qəti əmindir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Seulda Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verilib

İçərişəhərdə Maqsud İbrahimbəyovun əsərlərinin motivləri əsasında immersiv tamaşa təqdim olunub

“Qarabağın və Şərqi Zəngəzurun toponimlərinin izahlı lüğəti”nin I cildi nəşr olunub

Kimya İnstitutunun alimlərindən yeni texnoloji layihələr

Naxçıvanda sahibkarlara 139 təsdiqedici sənəd verilib

Azərbaycanda turizmin inkişafı ilə bağlı AMEA-nın Tədbirlər Planı hazırlanacaq

Azərbaycan Milli Xalça Muzeyinin direktoru beynəlxalq konfransda çıxış edib

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Azərbaycan musiqisi tarixdən gələn möhtəşəm səs

Quba Soyqırımı Memorial Kompleksini indiyədək milyondan çox insan ziyarət edib

Adil Kərimli: Üzeyir Hacıbəylinin yaradıcılığı milli musiqimizin inkişafında mühüm rol oynayıb

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır

Deputat: Heç kəsə tarixi və mədəni irsimizi mənimsəməyə imkan verməyəcəyik

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Timur Abılayev: Azərbaycanla nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Qırğızıstan üçün prioritet məsələlərdən biridir - ŞƏRH

Fransada ailə böhranı: maddi çətinliklər ailələrin uşaq planlarını dəyişir

Almaniyada dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət not məcmuəsi nəşr olunub

Taksi sürücüləri üçün imtahanda 1398 nəfər müsabiqə şərtini ödəyib

KOBİA: Sahibkarlar 23 fəaliyyət növü üzrə lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

Azərbaycanın həvəskar idmançıları açıq suda üzgüçülük tarixində iz qoyublar

Kimya İnstitutunun alimləri Azərbaycan-Özbəkistan birgə müsabiqəsində qalib olublar

Çindən 7 yeni yük lokomotivi Bakıya gətirilib

Azərbaycan ICPEN-in Məsləhət Qrupuna üzv seçilib

Azərbaycan cəmiyyəti tarixi yaddaşına, mənəvi dəyərlərinə, ailə ənənələrinə bağlıdır - ŞƏRH

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 28 faiz artıb

® “Araz” supermarketlərdə innovativ yenilik: Ovuc ilə ödənişlər başlayıb

Rasim Musabəyov: Azərbaycan Türk dünyasının təbii mərkəzi kimi çıxış edir

Mədəniyyət və incəsənət xadimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO

Bakıda Formula 1 yarışı zamanı şəhərdaxili hərəkət üçün əlavə imkanlar yaradılacaq

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Premyer Liqa: “Neftçi” 1000-ci oyununa çıxır, “Qarabağ” autsayderə qarşı

Azərbaycan nefti 121 dollara satılır VİDEO

Azərbaycan nefti 121 dollara satılır VİDEO

Tokayev ölkənin üç dövlət qurumunun rəhbərini təyin edib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Sentyabrın 18-i Milli Musiqi Günüdür

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABŞ Pezeşkian və Əraqçinin BMT Baş Assambleyasında iştirakı üçün vizalarını təsdiqləyib

“NY Post”: “Abraham Lincoln” gəmisində narkotik satdığına görə ər-arvad həbs edilib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Xətai və Sabunçu rayonlarında qaz təchizatında fasilə yaranacaq

FT: Böyük Britaniya Aİ ilə münasibətləri yenidən qurmağa çalışır

NYT: ABŞ Ukraynadakı münaqişə bitməzdən əvvəl Rusiya ilə razılaşmalar əldə edə bilər

Husilər: Səudiyyə Ərəbistanı son sutkada Yəmənə 37 hava zərbəsi endirib

Livanda “Hizbullah” komandiri terrorizmdə ittiham olunub

SEPAH Toqo bayrağı altında üzən neft tankerinə hücum edib

ABŞ Avropadakı hərbi kontingentini üçdəbirə qədər azalda bilər

ÜST Ebola ilə bağlı vəziyyəti ümidverici adlandırıb

ABŞ İraqın şimalında hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

“Bloomberg”: ABŞ Si Cinpinin səfərinədək Çinə yeni tarif tətbiq etməyəcək

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlər mandat qazanıblar

Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub

Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb

Bakıda Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyasından bəhs edən kitab təqdim olunub

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib

Dairə seçki komissiyalarının yenidən təşkil edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2026-cı il 26 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxı rayonuna səfərinə dair videoçarx paylaşılıb VİDEO

Tramp: Polşada ABŞ hərbi bazasının yaradılması istiqamətində ciddi irəliləyiş əldə olunub

Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Qazaxda 34 ildən sonra şəhid ata və oğulun qəbirləri ziyarət olunub

Tramp İranla müharibənin gələcəyi ilə bağlı seçim qarşısında olduğunu deyib

Beyləqanda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı monitorinq aparılıb

Cəlilabadda su xəttində qəza baş verib

Culfa rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş olub

Fransanın daxili işləri naziri deputatla bağlı yanlış məlumat yaymaqda ittiham olunur

NDU-da Naxçıvanın milyon illik təbiət tarixini yaşadan muzey yaradılıb

Azərbaycan və Estoniya XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Alyaskada güclü zəlzələ baş verib

Bu saata olan əsas xəbərlər

Kral III Çarlz süni intellektin yanlış əllərə keçməsi ilə bağlı xəbərdarlıq edib

Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb

Azərbaycanın multikultural mövqeyi türk-islam həmrəyliyinə daha geniş humanitar məzmun qazandıra bilər - ŞƏRH

DTX-nin rəisi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib

Azərbaycan tolerantlıqla bağlı özünəməxsus təcrübə formalaşdırıb – ŞƏRH

İsmayıllı rayonunda bir sıra fermer və sahibkar təsərrüfatlarına baxış keçirilib

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq YENİLƏNİB-2 VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

AHİK könüllüləri Prezident Kitabxanasında olublar

Ermənistanın qarşıdurma ritorikasını davam etdirməsi yeni regional düzənin formalaşmasına zərər verə bilər - ŞƏRH

Zaqatala rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

AYNA: Ötən gün “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən 200 mindən çox sərnişin istifadə edib

Türkiyə universitetlərində gələn ildən əcnəbi tələbələr üçün yeni imkanlar yaradılacaq

Hesablama Palatası dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimatla çıxış edib

ASOSAI-nin toplantısında üzv ali audit orqanları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri Ermənistanı niyə narahat edir?

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinə qeydiyyat elan edilib

Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Fransada hicabın mərhələli şəkildə qadağan olunması təklif edilib

Aqrar Sığorta Fondunun sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Hesablama Palatasında növbəti kollegiya iclası baş tutub

Azərbaycan və BƏƏ muzeyləri arasında əməkdaşlıq genişləndirilir