İDMAN


Azərbaycanın paralimpiyaçı atletləri “Bakı-2017”nin finalına yüksəliblər

Bakı, 16 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında iki Azərbaycan idmançısı finala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, qadınlar arasında 100 metr məsafəyə qaçış yarışlarında atletlərimiz Yelena Çebanu və İradə Əliyeva qızıl medal uğrunda mübarizə aparacaqlar.

Bu gün təşkil olunacaq finalda Azərbaycan atletləri ilə yanaşı, mərakeşli Məryəm Ən-Nuri və İndoneziya idmançısı Endanq Sitorus yarışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.