İQTİSADİYYAT
Azərbaycanın polad istehsalının 1-1,2 milyon tona çatdırılması planlaşdırılır
Bakı, 2 fevral, AZƏRTAC
Yaxın gələcəkdə ölkəmiz polad istehsalını 1-1,2 milyon tona çatdırmalı, daxili bazarın tələbatını ödəməli, hətta bu qiymətli strateji məhsulun xarici bazara çıxarılmasına nail olmalıdır.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin İctimaiyyətlə əlaqələr departamentinin direktoru Elxan Şahverdiyev məlumat verib.
O, qeyd edib ki, bu məqsədlə metallurgiya sənayesi kompleksinə daxil olan Daşkəsən Filizsaflaşdırma ASC-də və əlaqədar istehsal sahələrində xarici ölkələrdən gətirilmiş ən müasir avadanlıq, qurğu və digər texnoloji vasitələr tətbiq edilməkdədir. Ən yüksək texnologiyaların, idərəetmə vasitələrinin uğurla tətbiqi isə yüksəkixtisaslı gənc metallurq kadrlardan çox asılıdır. Bu məqsədlə metallurgiya sənayesi üçün yüksəkixtisaslı kadrlar hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]