REGİONLAR


Azərbaycanın polis orqanları dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilib

A+ A

Beyləqan, 3 iyul, AZƏRTAC

Azərbaycanın polis orqanları 98 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilib, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Bu dövr ərzində Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atıb, qanunun aliliyinin, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifələrin öhdəsindən layiqincə gəlib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü və polis işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin qəsəbədəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq dahi rəhbərə hörmət və ehtiramlarını bildiriblər.

Xocavənd Rayon Polis Şöbəsində davam edən tədbirdə rayon polis şöbəsinin rəisi Yadigar Hüseynovun Azərbaycan polisinin keçdiyi şərəfli yol barədə məruzəsi dinlənilib.

Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov peşə bayramı münasibətilə polis işçilərini təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.