İDMAN


Azərbaycanın qadın basketbolçuları İslamiadanın çempionu adını qazanıblar

Bakı, 22 may, A.Sadıq, S.Məmmədova, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında həm kişilər, həm də qadınlar arasında basketbol 3x3 yarışları Azərbaycan idmançılarının qələbəsi ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, qadın basketbolçularımız həlledici qarşılaşmada Mali yığmasını 13:7 hesabı ilə məğlub edərək qızıl medala sahib olublar. Üçüncü yer uğrunda görüşdə isə Türkiyə yığması Türkmənistan millisinə 13:9 hesabı ilə qalib gəlib.

Kişi basketbolçuların yarışının final görüşündə Azərbaycan yığma komandası Qətər millisinə 13:9 hesabı ilə qalib gələrək çempion adını qazanıb. Üçüncü yer uğrunda oyunda Türkiyə yığması Türkmənistan millisi üzərində 17:10 hesabı ilə qələbə qazanaraq bürünc medala sahib olub.

Xatırladaq ki, qrup mərhələsində uğurla çıxış edən Azərbaycanın qadın basketbolçuları dörddəbir finalda İndoneziyanı 20:9 hesabı ilə məğlubiyyətə uğradıblar. Komandamız yarımfinalda Türkiyə yığmasına 17:7 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Kişi basketbolçularımız isə qrup mərhələsindən sonra finala gedən yolda İndoneziya yığmasını 21:13, Türkiyə millisini isə 19:14 hesabı ilə məğlubiyyətə uğradıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.