İDMAN


Azərbaycanın qadın basketbolçuları İslamiadanın çempionu olublar

Bakı, 21 may, A.Sadıq, S.Məmmədova, AZƏRTAC

Mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında basketbol 3x3 yarışının final görüşündə qalib gələn Azərbaycan idmançıları İslamiadanın çempionu olublar.

AZƏRTAC xəbər verir ki, milli komandamız həlledici qarşılaşmada Mali yığmasını 13:7 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.

Üçüncü yer uğrunda görüşdə isə Türkiyə yığması Türkmənistan millisinə 13:9 hesabı ilə qalib gəlib.

Beləliklə, yarışda Azərbaycan millisi birinci, Mali yığması ikinci, Türkiyə komandası isə üçüncü yeri tutublar.

Xatırladaq ki, qrup mərhələsində uğurla çıxış edən Azərbaycanın qadın basketbolçuları dörddəbir finalda İndoneziyanı 20:9 hesabı ilə məğlubiyyətə uğradıblar. Komandamız yarımfinalda Türkiyə yığmasına 17:7 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.