İDMAN


Azərbaycanın qadın gimnastları İslamiadanın finalına yüksəliblər

Bakı, 13 may, AZƏRTAC

Milli Gimnastika Arenasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında qadınlar arasında təsnifat mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, təsnifat mərhələsi qadınlar arasında dayaqla tullanma, müxtəlif hündürlüklü qollarla hərəkətləri əhatə edib.

Azərbaycanı Yuliya İnşina, Yekaterina Tişkova və Marina Nekrasova təmsil ediblər.

Yuliya İnşina, Yekaterina Tişkova müxtəlif hündürlüklü qollar, Marina Nekrasova və Yuliya İnşina isə dayaqla tullanmada finala çıxıblar.

İdman gimnastikasının bu iki hərəkəti üzrə Azərbaycanın qadın gimnastları hamıdan irəlidədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.