İDMAN


Azərbaycanın qadın həndbolçuları “Bakı-2017”də növbəti qələbələrini qazanıblar

Bakı, 10 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC 

Mayın 10-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində qadın həndbolçulardan ibarət Azərbaycan millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması qrup mərhələsinin ikinci görüşündə Özbəkistan millisi ilə qarşılaşıb. Oyunun ilk hissəsi millimizin böyük hesablı üstünlüyü ilə yekunlaşıb - 23:9. Rəqib üzərində aşkar üstünlüyü oyunun ikinci hissəsində də davam etdirən komandamız 24:12 hesabı ilə qalib gəlib. Ümumi hesabda 47:21 hesabı ilə üstün olan həndbolçularımız qrupda ikinci görüşdə parlaq qələbə qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.