İDMAN


Azərbaycanın qadın həndbolçuları “Bakı-2017”nin çempionu olublar

Bakı, 14 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC 

Mayın 14-də qadın həndbolçuların yarışının finalında qalib gələn Azərbaycan yığması “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

AZƏRTAC xəbər verir ki, həndbolçu qızlarımız həlledici qarşılaşmada Türkiyə yığmasını məğlub ediblər - 28:26.

Sürətli və qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində həndbolçularımız əldə etdikləri üstünlüyü qoruyub saxlaya biliblər – 14:11. Həndbolçularımız matçın ikinci hissəsində fəallaşaraq oyunda dönüş yaratmağa çalışan Türkiyə millisinin müqavimətini son dəqiqələrdə qırmağı bacararaq 28:26 hesabı ilə qələbə qazanıblar. Bununla da Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.