İDMAN


Azərbaycanın qadın şahmatçıları Almaniya yığması ilə qarşılaşacaqlar

Bakı, 31 iyul, AZƏRTAC

Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının növbəti yarışlara hazırlığı çərçivəsində avqustun 20-26-da Almaniya yığması ilə yoldaşlıq görüşü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, beş lövhədə görüş Azərbaycan Şahmat Federasiyasının binasında Sheveningen sistemi üzrə keçiriləcək.

Vaxta nəzarət 90 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə.

Matçın baş hakimi FIDE-nin beynəlxalq arbitri Lütfiyar Rüstəmovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.