İDMAN
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi dünya çempionatında ilk görüşünü Yaponiya yığması ilə keçirəcəkdir
Roma, 23 sentyabr (AZƏRTAC). Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli yığma komandası uzun müddətlik hazırlıqlardan sonra sentyabrın 23-də İtaliyada təşkil olunacaq dünya çempionatında ilk görüşünü Yaponiya millisi ilə keçirəcəkdir.
Artıq hazırlıq mərhələsini başa çatdıran millimiz üçüncü dəfə dünya çempionatının iştirakçısı olur. “D” qrupunda mübarizə aparan komandamızın ilk qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da olacaqdır.
Millimiz Yaponiya, Çin, Porte Rika, Belçika, Kuba komandaları ilə bir qrupda yarışacaq. Qrup mərhələsində birinci dörd komanda növbəti mərhələyə yüksələcəkdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri,
Roma