İDMAN


Azərbaycanın qadınlardan ibarət həndbol komandalarının rəqibləri məlum olub

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycanın qadınlardan ibarət həndbol komandalarının Avropanın nüfuzlu klub turnirlərindəki rəqibləri məlum olub.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Mingəçevirin “Nur” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku yarışında İsveçin “Luqi HK”, Bakının “Azəryol” klubu isə “Çağırış Kuboku” (“Challenge Cup”) turnirində Lüksemburq təmsilçisi “HB Dudelanj”la qarşılaşacaq.

Ölkə çempionu “Nur” yarışlara birinci təsnifat mərhələsindən qoşulacaq. İlk mərhələnin qarşılaşmaları sentyabrın 9-10-da, cavab oyunları bir həftə sonra keçiriləcək.

Ölkə çempionatının gümüş medalçısı “Azəryol” isə turnirdə mübarizəyə üçüncü təsnifat mərhələsindən başlayacaq. Üçüncü mərhələnin görüşləri noyabrın 11-12-də və 18-19-da oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.