SİYASƏT


Azərbaycanın qətnamə layihəsi ATƏT PA-nın gündəliyinə daxil edilib

Bakı, 6 iyul, AZƏRTAC

ATƏT Parlament Assambleyasının Minsk şəhərində keçirilən 26-cı illik sessiyasının əsas devizi ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Daimi Komitənin iclası keçirilib. İclasda sessiyanın gündəliyinə salınacaq qətnamə layihələri müzakirə edilərək səsverməyə qoyulub. Təqdim olunan 15 qətnamə layihəsindən 14-ü sessiyanın gündəliyinə daxil edilib.

Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin müəllifi olduğu “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” adlı qətnamə layihəsi də gündəliyə daxil edilən yeddinci layihə olub. Qətnamə layihəsi əsasən müxtəlif mədəni dəyərləri qoruyub inkişaf etdirməklə ATƏT regionunda demokratik inkişafa töhfə verməyi və Azərbaycanın sahib olduğu multikulturalizm ənənələrini beynəlxalq hüquq müstəvisində yaymağı nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.