İQTİSADİYYAT


Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri İrana səfər edəcək

A+ A

Tehran, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İran İslam Respublikasına səfər edəcək.

Səfər çərçivəsində R.Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşəcək. Görüşdə qarşılıqlı əlaqələrin inkişafı və əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək.

Həmçinin R.Quluzadə İranın “Pərdis” yeni texnologiyalar parkını da ziyarət edəcək, burada istehsal olunan məhsullar və nanotexnologiyalarla tanış olacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.