Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanın regionları son 10 ildə: dinamik inkişafın xronikası
Gəncə səhiyyəsi: uğurlar, perspektivlər

Azərbaycanın regionları son 10 ildə: dinamik inkişafın xronikasıGəncə səhiyyəsi: uğurlar, perspektivlər

Gəncə, 22 yanvar, AZƏRTAC

Son illər Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlərin bəhrəsini indi hər bir Azərbaycan vətəndaşı öz həyatında görür və hiss edir. Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, indi nəinki paytaxt Bakıda, eləcə də bölgələrdə ən müasir səhiyyə ocaqları inşa edilməklə, tibb müəssisələri yüksək ixtisaslı kadrlarla təmin olunub.

Bunu Gəncənin timsalında daha aydın görmək mümkündür. Əminliklə demək olar ki, artıq gəncəlilər müayinə və müalicə üçün digər yerlərə getmirlər. Sakinlər bilirlər ki, yaşadıqları şəhərin tibb müəssisələrində müalicə olunmaqla yenidən sağlamlıqlarına qovuşa bilərlər.

Bütün bunlar, ümumiyyətlə, Gəncə səhiyyəsinin uğurları və perspektivləri barədə şəhər səhiyyə idarəsinin rəisi, tibb elmləri doktoru, professor Əlikram Məmmədov AZƏRTAC-a eksklüziv müsahibəsində ətraflı məlumat verib.

- Son illər ölkəmizdə qazanılan uğurlardan söhbət açılanda səhiyyədə əldə olunan nailiyyətlər də göz önündə canlanır. Bu inkişaf Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə hiss edilirmi?

- Şübhəsiz. Bu gün ölkəmizin elə bir bölgəsi yoxdur ki, orada ən müasir tibb ocaqları fəaliyyət göstərməsin. Qeyd etmək yerinə düşər ki, bu gün Gəncə səhiyyəsi sözün əsl mənasında sürətli inkişaf yolundadır. Hazırda burada 35 tibb müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdən 16-sı stasionar, 19-u poliklinika tiplidir. Şəhərin tibb müəssisələrində 852 həkim, 1742 nəfər tibb bacısı çalışır. Dövlət Proqramına uyğun olaraq keçən il şəhərdəki 245 çarpayılıq Abbas Səhhət adına xəstəxanada, 80 çarpayılıq infeksion xəstəxanasında və 6 nömrəli poliklinikada əsaslı təmir işləri başa çatdırılıb. Hazırda həmin tibb ocaqları üçün ən müasir tibbi aparatların alınıb gətirilməsinə başlanılıb.

Abbas Səhhət adına xəstəxanada əsaslı təmirdən sonra cərrahiyyə, travmatologiya, urologiya, anesteziologiya-reanimasiya, terapiya, nevrologiya, ginekologiya, dəri-zöhrəvi şöbələri, eləcə də fizioterapiya, müasir laboratoriya, ultrasəs müayinə və EKO bölmələri yaradılıb. Xəstəxananın nəzdində 40 aparatlıq rayonlararası hemodializ mərkəzi də fəaliyyətə başlayıb. Mərkəzdə qeydiyyata alınmış 248 xəstə xüsusi proqrama uyğun olaraq mütəmadi hemodializ olunur. Rayonlararası onkoloji xəstəxana üçün müasir standartlara cavab verən şüa korpusu istifadəyə verilib. Bu işdə Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Eyni zamanda, Səhiyyə Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə şəhər psixiatriya xəstəxanası üçün müasir tələblərə cavab verən 2 korpus və yardımçı binaların tikintisinə başlanılıb. İnşaat işlərinin bu il başa çatdırılması nəzərdə tutulub. Uşaq stomatoloji poliklinika isə əsaslı təmirdən sonra istifadəyə verilib.

- Fikrimizcə, səhiyyə ocaqları təkcə gözəl və yaraşıqlı binalardan ibarət olmamalıdır. Müasir həkim ən son texnologiyalarla işləməyi bacarmalıdır. Bu məsələdə sizin mövqeyinizi bilmək maraqlı olardı...

- Tamamilə haqlısınız. Həkimlərin ilk növbədə müasir texnologiyalarla işləmələrinə təminat yaradılmalıdır. Yalnız bundan sonra onlardan istənilən nəticəni tələb etmək olar. Azərbaycanda səhiyyə islahatları aparılarkən bütün bunlar nəzərə alınır. Dövlətimizin başçısı İlham Əliyevin göstərişi və səhiyyə naziri Oqtay Şirəliyevin təşəbbüskarlığı ilə bu istiqamətdə də uğurlu göstəricilərə nail olunub. Məsələn, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına ayrı-ayrı vaxtlarda müasir narkoz, süni tənəffüs, rentgen aparatları, monitorlar, müasir əməliyyat lampaları, funksional çarpayı, rəqəmsal rentgen aparatı, biokimyəvi laborator analizator alınıb. Bundan əlavə, Səhiyyə Nazirliyi tərəfindən 4 ədəd yeni doğulmuşlara müsbət təzyiqlə süni tənəffüs verilməsi üçün “CPAP” aparatı verilib. Ümumiyyətlə, son bir neçə ildə Gəncənin tibb ocaqları çoxlu sayda müasir tibb avadanlıqları ilə təmin edilib.

- Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilməsinin, onların vaxtaşırı tibbi müayinədən keçirilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə Gəncədə hansı işlər görülür?

- Dövlətimizin başçısı yalnız ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında deyil, ümumiyyətlə, demək olar ki, bütün nitq və çıxışlarında əhalinin sağlamlığının qorunmasının vacibliyi məsələsinə toxunur və bu istiqamətdə öz dəyərli tövsiyələrini verir. Həmin tövsiyələri əldə rəhbər tutaraq bu sahədə işlərimizi yenidən qurmağa, əhalinin vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsini təmin etməyə çalışırıq. Təkcə 2014-cü ildə Gəncədə 18 yaşdan yuxarı əhalinin 147 min 604 nəfəri tibbi profilaktik müayinədən keçirilib. Bu, ümumilikdə, həmin yaşda olan əhalinin 69,7 faizini təşkil edir. Hazırda bu iş uğurla davam etdirilir.

- Təcrübə göstərir ki, həkim öz biliyini daim təkmilləşdirməsə, dünya səhiyyəsində baş verən yeniliklərdən məlumatı olmasa, onun tətbiq etdiyi müalicə üsulundan səmərə gözləməyə dəyməz.

- Tamamilə doğrudur. İnnovatik texnologiyaların inkişaf etdiyi indiki dövrdə insanlar internet resurslarından istifadə etməklə bütün sahələr kimi, səhiyyə sahəsindən də məlumatlar əldə edə bilirlər. Əgər həkim öz biliyini durmadan təkmilləşdirməsə, o, nəinki öz peşəsindən, ümumiyyətlə, cəmiyyətdən geri qalar. Bu baxımdan Gəncənin səhiyyə sistemində çalışan tibb işçilərinin bilik və peşə bacarığının artırılması istiqamətində həyata keçirilən tədbirlər diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə birgə tez-tez terapiya, pediatriya, stomatologiya ixtisasları üzrə aktual mövzularda distant kurslar keçirilir. Gəncə Regional Perinatal Mərkəzində Azərbaycan Tibb Universitetinin mama-ginekologiya kafedrasının mütəxəssislərinin, həmçinin həmin ali məktəbin sinir xəstəlikləri kafedrası əməkdaşlarının iştirakı ilə elmi-praktik konfranslar təşkil edilir. Həmçinin Səhiyyə Nazirliyi tərəfindən Gəncə Regional Perinatal Mərkəzində yeni doğulmuşların reanimasiyası üzrə treninqlər, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin bir sıra aktual mövzularda təşkil etdikləri elmi-praktik konfranslar da bu baxımdan səmərəli olub.

- 2015-ci il yenicə başlayıb. Cari ildə Gəncənin səhiyyə müəssisələrində hansı yeniliklərin tətbiqi gözlənilir?

- Bilirsiniz, səhiyyə həyatımızın elə bir sahəsidir ki, hər an onun yeniliyə ehtiyacı olur. Şübhəsiz, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 2015-ci il də bir çox yeniliklərlə yaddaqalan olacaq. İstər yeni səhiyyə ocaqlarının inşası, istər mövcud binaların əsaslı təmiri və istərsə də onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görüləcək. Bu il psixiatriya xəstəxanası üçün yeni binanın, psixonevroloji və narkoloji dispanserlərin əsaslı şəkildə təmiri nəzərdə tutulub. Cari ildə elektron səhiyyə (elektron sağlamlıq kartının, tibbi müayinə kartının, elektron əmr, stasionarların fəaliyyətinə elektron nəzarət) sistemləri ilə bağlı tədbirlərin icrası, doğuşa yardım xidmətinin göstəricilərinin yaxşılaşdırılması üçün tədbirlər və uşaqların icbari dispanserizasiyası davam etdiriləcək.

Bundan əlavə, yeni salınmış qəsəbələrdə əhalinin ehtiyaclarını ödəyə biləcək tibb müəssisələrinin yaradılmasına, həmçinin onların müayinə və müalicəsinə nəzarətin gücləndirilməsinə diqqət artırılacaqdır.

Bu il qarşımızda duran ən vacib məsələlərdən biri də gənc həkimlərin beynəlxalq təcrübələrdən yararlanaraq bilik və bacarıqlarının artırılması, bu sahədə onlara lazımi şəraitin yaradılmasıdır. Qeyd edim ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Gəncədə Cərrahlar və Pediatrlar cəmiyyətləri yaradılıb. Eyni zamanda, gənc həkimlərin xarici ölkələrdə və Bakının tanınmış tibb müəssisələrində təcrübə keçmələri üçün təşkilati işlərə start verilib. Bir sözlə, əsas məqsədimiz gələcəkdə Gəncədə səhiyyənin inkişafını daha da sürətləndirməkdir.

Sabir Əliyev

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO