Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanın regionları son 10 ildə: dinamik inkişafın xronikası
Masallı sürətlə inkişaf edir, gözəlləşir, abadlaşır

Masallı, 4 fevral, AZƏRTAC

Masallı rayonu relyefinə və təbiətinə görə Azərbaycanın səfalı və füsunkar guşələrindən biridir. Son illərdə rayonda müşahidə olunan iqtisadi yüksəliş, sosial tərəqqi Masallının çiçəklənməsindən xəbər verir. Masallılar bu inkişafa Prezident İlham Əliyevin rayona olan yüksək diqqət və qayğısı sayəsində nail olduqlarını söyləyirlər.

Şübhəsiz, rayon sakinləri belə bir qənaətə gəlməkdə tam haqlıdırlar. Son 10 ildə dövlətimizin başçısının Masallıya 7 dəfə səfər etməsi, bu rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 6 Sərəncam imzalaması sakinlərin belə qənaətə gəlməsinə tam əsas verir.

Bu gün əminliklə demək olar ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində Masallı rayonu üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilib, əsas makroiqtisadi göstəricilərdə artım əldə edilib.

Rayon statistika idarəsindən verilən məlumata görə, son 10 ildə Masallıda ümumi məhsul istehsalı 3,8 dəfə, o cümlədən sənaye məhsulları istehsalı 3,7, kənd təsərrüfatı 2,5, pərakəndə ticarət dövriyyəsi 3,6, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8,8, iaşə dövriyyəsinin həcmi 1,1 dəfə artıb. Bu dövrdə rayonda 17 min 568-i daimi olmaqla 30 min 404 yeni iş yeri açılıb.

Son 10 ildə Masallıda yeni istehsal və emal müəssisələri yaradılıb.

Bu müddətdə fəaliyyətə başlayan “Embavood” MMC-nin Masallı mebel fabriki rayonun ən böyük istehsal müəssisəsi hesab olunur. Hazırda 650 nəfər işçinin çalışdığı fabrikdə yeni istehsal sahələri yaradılıb. Bunun nəticəsidir ki, fabrikdə il ərzində 40 min dəst mebel istehsal edilir.

Masallının brendi sayılmağa layiq olan daha bir istehsal müəssisəsində - “Nur-M” MMC-nin konserv və qida məhsulları zavodunda yenidənqurma işləri aparılıb, onun illik istehsal gücü beş milyon şərti bankaya çatdırılıb. Bundan əlavə, yerli xammaldan inşaat materialları hazırlayan “Fəxrəddin-K”, “Qala-95” MMC-lər, “Kənan” şirkətinin kərpic, “Bayram-M”, “Elnur-2” asfalt-beton müəssisələri də Masallının sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər.

Bu gün Masallı həm də abad avtomobil yolları ilə diqqəti cəlb edir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına 69 min nəfər əhalinin yaşadığı və 34 yaşayış məntəqəsini birləşdirən Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolu əsaslı təmir edilib, 43,3 min nəfər əhalinin yaşadığı və 31 yaşayış məntəqəsini birləşdirən 24 kilometrlik Həsənli-Xırmandalı, Kürdəbaz-Qarğalıq, Musaküçə-Lürən, Seybətin-Ətcələr, Qəriblər-Qodman və Sərçuvar-Sirəbil kəndlərarası avtomobil yolları yenidən qurulur.

Son illər Masallıda sosial məsələlərin həllinə diqqət artırılıb, bu sahədə bir sıra infrastruktur layihələr həyata keçirilib. Rayonun səhiyyə müəssisələri yenidən qurulub. 2008-ci ildə inşa edilən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı regional şöbəsində cərrahı blok, laboratoriya, konfrans zalı və müasir avadanlıqla təchiz olunmuş müayinə otaqları fəaliyyət göstərir.

Bu gün 2008-ci ildə əsaslı təmir edilmiş 35 çarpayılıq rayon ağciyər xəstəlikləri xəstəxanasında qəbul, intensiv palata, USM kabineti, müasir laboratoriya, rentgen kabineti, manipulyasiya otağı, DOT kabineti əhaliyə nümunəvi tibbi xidmət göstərir.

Masallıda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının inşası da daim diqqət mərkəzində saxlanılan məsələlər sırasındadır. Son 10 ildə rayonda 9001 şagird yerlik 32 yeni məktəb binası, o cümlədən Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 3810 şagird yerlik 6 məktəb binası əsaslı təmir edilib.

Əhalinin getdikcə artan tələbatının ödənilməsi məqsədilə 2012-ci ildə Masallı şəhərinin su-kanalizasiya sisteminin tikintisinə başlanılıb. Sistem şəhərin 2030-cu ilədək inkişaf perspektivləri nəzərə alınmaqla yaradılır.

Rayonda yetişməkdə olan nəslin sağlam ruhda böyüdülməsi də diqqət mərkəzindədir. 2012-ci ildə Masallı şəhərində inşa edilmiş Gənclər Mərkəzində gənclərin asudə vaxtlarının səmərəli keçməsi və mənalı istirahət etmələri üçün hər cür şərait yaradılıb. Masallının idman infrastrukturunun yenilənməsinə və inkişafına da xüsusi diqqət yetirilir. 2007-ci ildə istifadəyə verilmiş Masallı Olimpiya İdman Kompleksində 700-dən çox tamaşaçı yeri olan böyük salonda əl oyunları, mini futbol, güləş və digər idman növləri üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür. Burada beynəlxalq standartlara cavabverən üzgüçülük hovuzu inşa edilib. Rayonun Boradigah qəsəbəsində isə günəş enerjisi ilə işıqlandırılan və qızdırılan idman mərkəzində idmanın müxtəlif növləri üzrə yarışlar keçirilir. Eyni zamanda, Masallının yeni idman qurğularından olan taekvondo və boks mərkəzlərində idmançılar və məşqçilər üçün hər cür şərait yaradılıb. 2011-ci ildə əsalı təmir edilmiş şahmat məktəbində eyni vaxtda 80 nəfər idmançının iştirakı ilə yarışar keçirmək mümkündür.

Bu gün mübaliğəsiz demək olar ki, cənub bölgəsinin turizm mərkəzinə çevrilən Masallının beynəlxalq standartlara cavab verən turizm və istirahət mərkəzlərində yerli və xarici turistləri qəbul etmək üçün hər cür şərait vardır. Rayonun Xəzər dənizinin sahilində və Talış dağlarının əhatəsində yerləşməsi, ərazidə kiçik göllərin, çayların, şəlalələrin və müalicəvi bulaqların olması buraya daha çox turistlərin üz tutmasına şərait yaradan amillər sırasındadır. Ümumiyyətlə, hazırda rayonda 45 turizm obyekti fəaliyyət göstərir. Onların 28-i son 10 ildə yaradılıb.

Azərbaycanın bütün bölgələri kimi, Masallının da inkişafına daim diqqət və qayğı göstərmiş Ümummilli Liderin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə 2013-cü ildə əsaslı surətdə yenidən qurulmuş şəhərdəki Heydər Əliyev Mərkəzində dahi rəhbərin genişmiqyaslı siyasi və dövlətçilik fəaliyyətini əks etdirən ekspozisiya zalı, multimedia, foto, rəsm dərnəkləri, elektron kitabxana, kompyuter mərkəzi, bufet, konfrans və kino zalları fəaliyyət göstərir.

Bu müddətdə Masallı şəhərində yenidən qurulan Qəhrəmanlar Parkının ərazisi genişləndirilib. 2011-ci ildə, necə deyərlər, yenidən həyata vəsiqə almış Nizami Gəncəvi parkında böyük mütəfəkkirin möhtəşəm abidəsi ucaldılıb, abidənin arxa fonunda dahi şairin əsərlərinin motivləri əsasında kompozisiya yaradılıb. Şah İsmayıl Xətai parkında da yenidənqurma işləri görülüb, parkın mərkəzində böyük dövlət xadiminin abidəsi ucaldılıb.

Masallının 2012-ci ildə “Azərbaycanın folklor paytaxtı” elan olunması bu bölgəyə beynəlxalq diqqətin daha da artmasına şərait yaradıb. Həmin ilin iyun ayında bu layihə çərçivəsində Masallı şəhərində birinci, 2013 və 2014-cü ilin iyun aylarında üçüncü və dördüncü Beynəlxalq folklor festivalları keçirilib. Azərbaycanın milli mədəniyyətinin və incəsənətinin təbliğində, respublikamızın tanıdılmasında mühüm əhəmiyyət kəsb edən bu festivallarda ölkəmizin folklor kollektivləri ilə yanaşı, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Latviya, Ukrayna, Qazaxıstan və digər ölkələrin folklor kollektivləri iştirak ediblər.

Ümumiyyətlə, son 10 ildə Azərbaycanın digər bölgələri kimi, Masallı rayonunun da inkişafının coğrafiyasını bir yazıda tam əhatə etmək mümkün deyil. Hesab edirik ki, Prezident İlham Əliyevin Masallıya səfəri zamanı dediyi aşağıdakı sözlər rayonun bugünkü mənzərəsi barədə daha aydın təsəvvür yaradır: “Mən çox şadam ki, Masallı çox sürətlə inkişaf edir, gözəlləşir, abadlaşır”.

Bəli, bu gün Masallı özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Şübhə yoxdur ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında Masallı rayonu üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində bu inkişaf daha da davamlı olacaqdır.

Bağır Əliyev

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib