Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanın regionları son 10 ildə: dinamik inkişafın xronikası
Sürətli inkişaf Göygölün simasını tanınmaz dərəcədə dəyişib

Göygöl, 16 dekabr, AZƏRTAC

Ölkəmizin səfalı guşələrindən olan Göygöl rayonu indi özünün intibah dövrünü yaşayır desək, şübhəsiz yanılmarıq. Son 10 ildə burada görülən genişmiqyaslı abadlıq və quruculuq işləri rayonun simasını başdan-başa dəyişib. İnsanlar əvvəllər arzuladıqları xoşbəxt həyata qovuşaraq özlərini müstəqil dövlətin xoşbəxt vətəndaşları kimi hiss edirlər.

Göygöllülər bugünkü firavan həyata görə bütün işıqlı ömrünü xalqının xoşbəxt gələcəyinə həsr edən ümummilli lider Heydər Əliyevə, dahi rəhbərin layiqli davamçısı Prezident İlham Əliyevə minnətdardırlar. Rayon sakinləri deyirlər ki, Ulu Öndərin başa çatdıra bilmədiyi qlobal işləri uğurla həyata keçirən dövlətimizin başçısı ölkədə nəhəng layihələrə imza ataraq onların icrasına nail olub. Nəticədə Azərbaycanın bütün bölgələri, o cümlədən Göygöl rayonu sürətlə inkişaf edib.

AZƏRTAC xəbər verir ki, son 10 ildə Göygöl şəhərində, eləcə də kənd və qəsəbələrdə böyük infrastruktur layihələri həyata keçirilib. Sosialyönümlü obyektlər istifadəyə verilib. Sahibkarlıq inkişaf etdirilərək əhalinin rifahının yaxşılaşdırılması istiqamətində qlobal işlər həyata keçirilib. Nəticədə son 10 ildə rayonda ümumi məhsul istehsalı 4,7 dəfə, əsas kapitala yönəldilən investisiyanın həcmi isə 84 dəfə artıb.

Dövlətimizin başçısının sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hesabat dövründə Sənaye və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Göygöldə 2047 sahibkara 11574 min manat güzəştli kredit verilib. Bu kreditlərin hesabına 163 kiçik, 3 iri sənaye müəssisəsi fəaliyyətə başlayıb ki, bunun da nəticəsində 9164 yeni iş yeri açılıb.

Prezident İlham Əliyev respublikaya rəhbərlik etdiyi son 11 ildə Göygölə 3 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 4 Sərəncam imzalayıb. Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitlər hesabına rayonda abadlıq və quruculuq işlərinin həcmi genişləndirilərək yeni infrastruktur layihələri həyata keçirilib. Nəticədə 14 kilometrlik Göygöl-Topalhəsənli-Şəhriyar kəndlərini birləşdirən, eləcə də 10,5 kilometrlik Xəqani-Cümşüdlü-Haçaqaya kəndləri avtomobil yollarının əsaslı təmiri başa çatdırılıb. Son 10 ildə rayonda 18 məktəb binası inşa edilib, 1 uşaq bağçası tikilib, 19 məktəbdə və 5 uşaq bağçasında əsaslı təmir işləri aparılıb. Əvvəllər uyğunlaşdırılmış binada yerləşən rayon mərkəzi xəstəxanası üçün ən müasir bina tikilərək yeni tibb avadanlıqları ilə təchiz edilib. Bundan əlavə, rayon polis şöbəsi, prokurorluq və statistika idarəsi üçün yeni inzibati binalar, yeni şahmat məktəbi inşa olunub. Dövlətimizin başçısının iştirakı ilə yeni Olimpiya İdman Kompleksi istifadəyə verilib. Qızılca kənd folklor evi və kitabxana əsaslı şəkildə təmir edilib. Bakı-Qazax magistral avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən 36 kilometr hissəsi yenidən qurulub. Əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün rayon mərkəzinə Kürək çayından 25 kilometr uzunluğunda yeni magistral su kəməri çəkilib. Baş su bəndi, su təmizləyici qurğu, tutumu 6 min kubmetr olan 6 ədəd su anbarı istifadəyə verilib. Sutkada 5500 kubmetr gücündə olan çirkab suların təmizlənməsi üçün qurğu istismara verilib. Xaqani, Quşqara, Üçtəpə, Əhmədli, Nadil, Balçılı, Yeni Qızılca kəndlərində, həmçinin Hacıməlik qəsəbəsində də əhalinin su problemi həll olunub.

Əvvəllər olduğu kimi, son 10 ildə də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət problemlərinin həlli diqqət mərkəzində saxlanılıb. Bu qəbildən olan insanlar üçün 36 mənzilli binanın inşası başa çatdırılaraq istifadəyə verilib. Fərdi yaşayış evi tikdirmək üçün Göygöl şəhərində 3, Nadil və Göycəkənd kəndlərinin hər birində 1 Qarabağ müharibəsi əlilinə həyətyanı torpaq sahəsi ayrılıb.

Son 10 ildə rayonda sosial obyektlərin sayı da xeyli artıb. Heydər Əliyev parkı genişləndirilərək burada əhalinin istirahətini təmin etmək üçün yeni guşələr yaradılıb. Yeni inşa olunan Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi, eləcə də qapalı və açıq idman meydançaları Göygöl şəhərinin gözəlliyinə yeni yaraşıq bəxş edib. Bayraq meydanı və muzeyi rayon sakinlərinin və qonaqların ən çox ziyarət etdikləri yerlərdən birinə çevrilib.

Vaxtilə alman ailələrinin yaşadıqları küçələrdəki evlər əsaslı şəkildə təmir edilərək əvvəlki görkəminə salınıb, XVIII əsr Lüteran kilsəsi təmir edilib, burada yaşamış sonuncu alman Viktor Klaynın yaşadığı mənzil muzeyə çevrilib. Rayonda görülən bu işlər əhalinin marağına səbəb olub. Təsadüfi deyildir ki, vaxtilə buradan köçüb gedən ailələr geri qayıtmağa başlayıblar. Təkcə onu demək kifayətdir ki, son 10 ildə əhalinin sayı 6 min 314 nəfər artıb.

Göygöllülər bu gün nikbin əhval-ruhiyyədədirlər. Onlar dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi üçün bütün qüvvələrini səfərbərliyə alıblar. Dövlət Proqramında isə Göygöl rayonu ilə bağlı bir neçə layihənin həyata keçirilməsi nəzərdə tutulub. Bunlar rayonda damazlığın və üzümçülüyün inkişaf etdirilməsi, kənd və qəsəbələrdə yeni təhsil və səhiyyə ocaqlarının inşası, kəndarası yolların yenidən qurulması və s. məsələlərdir. Artıq rayonda bu istiqamətdə işlərə başlanılıb. İşin gedişi onu deməyə əsas verir ki, göygöllülər yeni Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri uğurla yerinə yetirməklə, yaşadıqları rayonun daha da gözəlləşməsinə nail olacaqlar.

Sabir Əliyev

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK VİDEO

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib