Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanın regionları son 10 ildə: dinamik inkişafın xronikası
Yevlax sürətlə inkişaf edir, müasirləşir, gözəlləşir

Yevlax, 29 noyabr, AZƏRTAC

Azərbaycanda son illər həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, bu sahədə qəbul edilən Dövlət proqramları, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması sayəsində ölkənin bölgələrində davamlı sosial-iqtisadi tərəqqiyə nail olunub.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Yevlax rayonunun da iqtisadiyyatı dinamik inkişaf edib. Yevlax şəhərində və rayonun kəndlərində genişmiqyaslı yenidənqurma və tikinti-quruculuq işləri həyata keçirilib, yeni sənaye obyektləri yaradılıb, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm işlər görülüb.

Dövlətimizin başçısının diqqət və qayğısı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, son 10 ildə rayonda ümumi məhsul buraxılışı 5,8 dəfə artıb. Rayonun iqtisadi göstəricilərinin yüksəlməsində sahibkarlığın inkişafı, kənd təsərrüfatı, qida və sənaye məhsulları istehsalına yönəldilən investisiyaların çoxalması, yeni istehsal, emal və xidmət obyektlərinin tikilməsi mühüm rol oynayır. Son illərdə rayonda “Lalə-tekstil” MMC tikiş fabriki, “Dan” kərpic, “Gilan” dəri emalı, “Yevlax Qida” MMC zavodları, “Arfa” mebel fabriki, “Yevlax-Beton” ASC dəmir-beton zavodu, asfalt istehsal edən müəssisələr, “Karvan –K” MMC konserv zavodu, “Azərtoxum” MMC toxum emalı müəssisəsi, makaron və çörək sexləri fəaliyyətə başlayıb. Kolanı kəndində istixana kompleksi yaradılıb, Aran qəsəbəsində üzüm bağları salınıb. Növbəti illərdə keramikadan və gipsdən müxtəlif məmulatlar (tikinti və məişət) istehsalı sahələrinin, məişət tullantıları və çörək zavodlarının yaradılması nəzərdə tutulur.

Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri nəticəsində son 10 ildə Yevlax şəhərinin siması tamamilə dəyişib, özünəməxsus gözəlliyi ilə seçilən bir şəhərə çevrilib. Yevlax şəhərinin prospekt və küçələri müasir üslubda yenidən qurulub, yollara asfalt örtük salınıb, işıqlandırma sistemləri quraşdırılıb, binaların dam örtüyü dəyişdirilib, fasad hissəsi müasirləşdirilib. Şəhərin mərkəzində dahi rəhbərin abidəsi ucaldılıb, Heydər Əliyev Mərkəzi, Ulu Öndərin adını daşıyan saray, 180 çarpayılıq rayon mərkəzi xəstəxanası, uşaq xəstəxanası, regional vərəm dispanseri, əlillərin reabilitasiya mərkəzi, gigiyena və epidemiologiya mərkəzi, Gənclər evi, elektron kitabxana, tarix-diyarşünaslıq muzeyi, xalq teatrı, şahmat məktəbi, məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzi, 6 min yerlik şəhər stadionu, bayraq meydanı, avtovağzal kompleksi, 5 kənddə həkim məntəqəsi, 11 poçt binası, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 116 mənzilli 5 ədəd çoxmərtəbəli bina, şəhərdə 31 idarə, müəssisə və təşkilat üçün inzibati binalar tikilib istifadəyə verilib, hava limanı yenidən qurulub, “EL-TV” regional televiziya şirkəti fəaliyyətə başlayıb.

Bu dövr ərzində şəhərin yaşıllaşdırılması diqqət mərkəzində saxlanılıb, əhalinin istirahəti və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə Heydər Əliyev xiyabanı, Nizami, Dostluq, Müstəqillik, Səməd Vurğun, Dədə Qorqud, Gənclik, Bələdiyyə parkları, Uşaq-Əyləncə Mərkəzi salınıb, Kür çayı sahilində Bulvar İstirahət Kompleksi yaradılıb.

Hazırda şəhərin Kür çayı sahilindəki hissəsində 5 ulduzlu hotelin, rayon polis şöbəsinin, İqtisadiyyat və Sənaye Nazirliyinin Aran Regional İnkişaf Mərkəzinin, təhsil şöbəsinin, Azərbaycan Beynəlxalq Bankı Yevlax filialının, Kənd Təsərrüfatı Nazirliyi Yevlax rayon idarəsinin, 11 saylı Ərazi Vergilər Departamentinin, Qaz istismar sahəsinin, 100 yerlik uşaq bağçasının binalarının tikintisi davam etdirilir.

Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri də respublikada avtomobil yollarının inşası və yenidən qurulması, müasir standartlara cavab verən nəqliyyat sisteminin yaradılmasıdır. Son illər Yevlax rayonunda da avtomobil yollarının yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Dövlət Proqramına əsasən, rayonun 20 kəndinin 57,8 kilometr giriş yolları əsaslı surətdə yenidən qurularaq asfaltlanıb. Əhalisinin sayı 8000 nəfər olan 11 kəndi birləşdirən, uzunluğu 25 kilometr olan Səmədabad–Qaraməmmədli-Qaramanlı-Köyük avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir. Yolun 19 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb. Rayon ərazisindən keçən 129,5 kilometr respublika əhəmiyyətli avtomobil yolunun 98 kilometri yenidən qurulub. Kür, İncə çayları və kanallar üzərində 10 ədəd körpü tikilib. Hazırda Aran qəsəbəsində Bakı-Ələt-Qazax avtomobil yolunun üzərində avtomobil körpüsünün tikintisi aparılır, Kür çayı üzərində uzunluğu 5 aşırımlı dəmir yolu körpüsünün əsaslı təmiri və bərpası davam etdirilir.

Bütün bölgələrimizdə olduğu kimi, Yevlax rayonunda da məktəblərin maddi-texniki bazasının möhkəmləndirilir, təhsil ocaqları üçün yeni binalar tikilir, mövcud məktəblər təmir olunur. Son 10 ildə rayonda 5038 şagird yerlik 21 məktəb binası tikilib. 11 məktəb binasında əsaslı təmir işləri aparılıb.

Hazırda Yevlax rayonunda bütün qüvvələr “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasına səfərbər edilib.

Dövlət Proqramında əsasən rayonda qeyri-neft sənaye sahələrinin, o cümlədən keramikadan və gipsdən hazırlanmış məmulatlar (tikinti və məişət) istehsalı sahələrinin yaradılması, cins heyvandarlıq, ətlik istiqamətli quşçuluq, taxılçılıq, pambıqçılıq, toxumçuluq, tərəvəzçilik və meyvəçilik sahələrinin inkişafı, yerli əhəmiyyətli avtomobil yollarının, təhsil, səhiyyə, mədəniyyət, idman-sağlamlıq obyektlərinin tikintisi və təmiri, rayonun elektrik enerjisi, istilik və qaz təchizatının, rabitə xidmətinin, Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur.

Regionların inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin son 10 ildə Yevlaxa 8 dəfə səfər etməsi, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə imzaladığı sərəncamlar şəhərin müasir inkişaf dinamikasını şərtləndirən əsas amillərdəndir. Dövlətimizin başçısının səfərlərindən birində dediyi “Çox şadam ki, Yevlax çox sürətlə inkişaf edir və rayonun gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir” sözləri yevlaxlıların qurub-yaratmaq həvəsini daha da artırıb. Əminliklə demək olar ki, yevlaxlılar bütün qüvvələri səfərbər edərək üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla icra olunmasına, doğma şəhərlərinin daha da çiçəklənməsinə öz töhfələrini verəcəklər.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib