ELM VƏ TƏHSİL


Azərbaycanın şəhər və rayonlarında xoreoqrafiya sənəti tədris olunur

Bakı, 22 noyabr, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbi müdirinin müavini, dünya xalq rəqsləri üzrə peşəkar müəllim Kamilə Əliyeva və klassik rəqs kafedrasının müəllimi Mehriban Nəzərova Hacıqabul, Sabirabad, Salyan və Biləsuvar rayonlarındakı mədəniyyət müəssisələrinin xoreoqrafiya sahəsi üzrə mütəxəssisləri üçün ustad dərsləri keçiblər.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, dərslər Azərbaycanın şəhər və rayonlarında xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaq incəsənət məktəblərində tədrisin keyfiyyətinin artırılması məqsədilə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.