CƏMİYYƏT


Azərbaycanın səhiyyə naziri Dünya Səhiyyə Təşkilatının 66-cı sessiyasında iştirak edir

A+ A

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional komitəsinin Kopenhagendə sentyabrın 12-də öz işinə başlayan 66-cı sessiyasında iştirak edir.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sessiyada 53 ölkənin nümayəndələri reproduktiv sağlamlıq sahəsində xidmətlərin gücləndirilməsi, miqrantların sağlamlığının qorunması və qeyri-yoluxucu xəstəliklərlə mübarizə üzrə regional planlarını təsdiq edəcəklər.

Azərbaycanın səhiyyə naziri DST-nin regional bürosuna üzv dövlətlərdən 300-ə yaxın nümayəndənin qatıldığı sessiyada regionda ən çox insan ölümünə səbəb olan qeyri-yoluxucu xəstəliklərlə mübarizə mövzusunda müzakirələrdə iştirak edəcək.

Qeyd edək ki, DST-nin Avropa bürosunun üzvü olan 53 ölkədə bütün ölüm hallarının 86 faizi xroniki xəstəliklər nəticəsində baş verir. Nümayəndələr tarixdə ilk dəfə hepatitlərlə mübarizə üzrə regional fəaliyyət planı təsdiq etmək niyyətindədirlər.

Sessiya sentyabrın 15-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.