MƏDƏNİYYƏT
“Azərbaycanın sehrli abidələri” kitabının təqdimatı keçiriləcək
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 13-də Müasir İncəsənət Muzeyində “Azərbaycanın sehrli abidələri” kitabının təqdimatı keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, kitabın müəllifləri: sənətşünaslıq doktoru, Azərbaycan Memarlar İttifaqının məsul katibi Elçin Əliyev və onun oğlu 10-cu sinif şagirdi Naib Əlizadədir.
Təqdimat mərasimi “NARGİZ” jurnalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək.
“Azərbaycanın sehrli abidələri” kitabında 40-dan artıq memarlıq abidəsi haqqında maraqlı hekayətlər yer alıb. Uşaqlara ünvanlanan və qədim torpağın memarlıq abidələrindən bəhs edən bu kitab Azərbaycanda dərc edilən ilk unikal nəşrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:14]
Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb
- 08.05.2024 [20:33]
Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək
- 08.05.2024 [19:37]
Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 08.05.2024 [18:43]
“Ulu Öndərin işığında” kitabının təqdimatı olub
- 08.05.2024 [18:27]
“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb
- 08.05.2024 [17:17]