İDMAN


Azərbaycanın sərbəst güləşçiləri Dağıstanda beynəlxalq turnirdə güclərini sınayacaqlar

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 29-30-da Rusiya Federasiyası Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının səkkiz üzvü mübarizə aparacaq.

Turnirdə məşqçi Siracuddin Eldarovun rəhbərliyi ilə sərbəst güləşçilərdən Qurban Qurbanov, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Məhəmmədəmin Salovatov, Məhəmməd Abdullayev (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq), Umar İsrailov və Həmzətxan İsrapilov (hər ikisi 125 kq) qızıl medallar uğrunda yarışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.