İDMAN


Azərbaycanın sərbəst güləşçisi hərbçilərin dünya çempionatında qızıl medal qazanıb

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Makedoniyanın paytaxtı Skopye şəhərinin ən böyük idman arenalarından olan Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının birinci günü başa çatıb.

AZƏRTAC xəbər verir ki, ilk olaraq Azərbaycanın 4 sərbəst güləşçisi yarışlara qatılıb. Onlardan Ağahüseyin Mustafayev 65 kiloqram, Coşqun Əzimov 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar. Final görüşündə Ağahüseyn Mustafayev Şimali Koreya idmançısı Gvanq Kinə 8:5 hesabı ilə qalib gələrək 65 kiloqramda dünya çempionu olub.

Coşqun Əzimov isə final görüşündə Rusiya idmançısı Maqamed Qurbanəliyevə uduzaraq ikinci yerə çıxıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.