İDMAN


Azərbaycanın stolüstü tennisçiləri Ermənistan millisinə qalib gəliblər

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmələr və gənclərin stolüstü tennis üzrə Avropa çempionatına start verilib. İyulun 17-dək davam edəcək çempionat Azərbaycan millisi üçün uğurla başlayıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ilk oyunda Ermənistan yığması ilə qarşılaşan oğlanlardan ibarət milli komandamız 3:0 hesabı ilə qalib gəlib. Komandamızın öz qrupunda növbəti rəqibləri Estoniya və İsrail komandaları olacaq.

İlk görüşlər qızlardan ibarət millimiz üçün də uğurlu olub. Lüksemburq və Avstriya komandalarına 3:0 hesabı ilə qalib gələn yığma komandamız növbəti oyunlarını İspaniya, Bosniya və Herseqovina komandalarına qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.