İDMAN
Azərbaycanın stolüstü tennisçiləri Polşada təlim-məşq toplanışında iştirak ediblər
Bakı, 15 sentyabr (AZƏRTAC). Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının beş kişi və beş qadın idmançısı sentyabrın 15-də Polşanın Qdansk şəhərində təşkil edilmiş təlim- məşq toplanışını başa vuraraq Vətənə dönüb.
Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idman tədbirində tennisçilərimiz baş məşqçi Leşek Kuxarskinin və böyük məşqçi Aleksanrd Zudovun rəhbərliyi altında idman ustalıqlarının, ümumi fiziki hazırlıq səviyyələrinin artırılması ilə məşğul olublar.
Təlim-məşq toplanışı sentyabrın 24-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək Avropa komanda çempionatına hazırlıq xarakteri daşıyıb. Çempionatda ölkəmizi kişilərdən Fərhad İsmayılov, Ramil Cəfərov, Xəyal Həşimli və qadınlardan Məryəm İmanova, Rüfət Quliyeva, Səbinə Batmanova təmsil edəcəklər.