İDMAN


Azərbaycanın stolüstü tennisçisi “Bakı-2017”nin qızıl medalı uğrunda görüşə çıxacaq

Bakı, 19 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışların yarımfinal mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan təmsilçisi Miao Vanq Türkiyə təmsilçisi Mələk Hu ilə qarşılaşıb. Final uğrunda gərgin idman mübarizəsi Türkiyə təmsilçisinin xeyrinə başa çatıb. Mələk Hu 4:1 hesabı ilə Azərbaycan təmsilçisi üzərində qələbə qazanaraq finala vəsiqə əldə edib.

Final uğrunda digər mübarizədə isə Azərbaycanın stolüstü tennisçisi Zinq Ninq İran təmsilçisi Nedə Şahsavari ilə üz-üzə gəlib. Maraqlı keçən idman qarşılaşmasında Azərbaycan təmsilçisi 4:1 hesabı ilə İran təmsilçisini məğlub edərək finala adlayıb.

Beləliklə, Oyunlarda qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışların final mərhələsində Türkiyə təmsilçisi Mələk Hu ilə Azərbaycan idmançısı Zinq Ninq qarşılaşacaqlar.

Final qarşılaşması bu gün baş tutacaq.

Qeyd edək ki, stolüstü tennis yarışları “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.