İDMAN


Azərbaycanın stolüstü tennisçisi kişilər arasında fərdi yarışların dörddəbir finalına yüksəlib

Bakı, 17 may, Bəhruz Vəliyev, Xanım Nağıyeva AZƏRTAC 

Mayın 17-da stolüstü tennis üzrə kişilər arasında fərdi yarışların səkkizdəbir final mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, kişilərin yarışında dörddəbir finala Azərbaycandan Xinhanq Yu, Qətərdən Li Pinq, Nigeriyadan Olajide Omotayo, Türkiyədən Batuhan Ulucak, Ahmed Li; İrandan Nima Ələmiən Dərounkoəlei, Noşad Ələmiyən Derounkoəlei; Səudiyyə Ərəbistandan Əli Əlkhədrəvi yüksəliblər.

Azərbaycan təmsilçisi Xinyu Yanq səkkizdəbir finalda türkiyəli Batuhan Ulucaqa məğlub olub – 3:4. Digər təmsilçimiz Xinhanq Yu isə nigeriyalı Ojo Onaolapo 4:1 hesabı ilə qalib qəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.