SİYASƏT


Azərbaycanın sülhməramlı əməliyyatlarda fəaliyyəti yüksək qiymətləndirilib

A+ A

London, 8 sentyabr, AZƏRTAC

BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin Londonda keçirilən tədbiri çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 8-də Böyük Britaniyanın Lordlar Palatasında müdafiə üzrə dövlət naziri, Lordlar Palatasının sədr müavini Örl Hou ilə görüşüb.

Görüşdə Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, eləcə də Əfqanıstanda həyata keçirilən missiyada iştirakı yüksək qiymətləndirilib. Həmçinin BMT-nin sülhməramlı fəaliyyətinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın bu fəaliyyətdəki perspektivləri və iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.