İDMAN


Azərbaycanın taekvando yığması Rusiyada keçiriləcək Qran-pri turnirində iştirak edəcək

Bakı, 2 avqust, AZƏRTAC

Taekvando üzrə Azərbaycan yığması avqustun 4-6-da Moskvada keçiriləcək Qran-pri turnirində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, G4 kateqoriyalı beynəlxalq yarışda böyüklərdən ibarət Azərbaycan millisi beş taekvandoçu ilə təmsil olunacaq.

Təlim-məşqləri başa vuran komandamız artıq Moskva şəhərindədir. Yarışda kişilərdən Qaşım Maqomedov (58), Məhəmməd Məmmədov və Ayxan Tağızadə (hər ikisi 68 kq), Ramin Əzizov (80 kiloqramdan yuxarı), qadınlardan isə Fəridə Əzizova (67 kq) mübarizə aparacaq. Baş məşqçi Reza Mehmandoust və qadınlardan ibarət yığma komandanın baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə turnirə qatılan millimiz avqustun 7-də vətənə qayıdacaq.

Turnirdə qalib idmançı aktivinə 40, ikinci yeri tutan 24, üçüncü yerə sahib olan isə 14,4 reytinq xalı əlavə etmiş olacaq.

Daha sonra yarış Mərakeşdə, Böyük Britanıyada, final mərhələsi isə Fil Dişi Sahilində təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.