İDMAN
Azərbaycanın tanınmış avarçəkənləri azarkeşlərdən dəstək gözləyirlər VİDEO
Mingəçevir, 9 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarında ölkəmizi təmsil edəcək yığma komandamızın üzvləri - kanoe üzrə dördqat dünya və dördqat Avropa çempionu Valentin Demyanenko, Avropa çempionu, dünya çempionatının mükafatçısı, dünya kuboku yarışlarının qalibi Sergey Bezuqlıy azarkeşləri onlara dəstək olmağa çağırıb.
Mingəçevirdə AZƏRTAC-a müsahibə verən tanınmış idmançılarımız idmansevərləri yarışlar zamanı fəallıq nümayiş etdirməyə çağırıblar.
Sergey Bezuqlıy: “Hər kəsdən dəstək gözləyirik. Çünki tamaşaçıların dəstəyi bizim üçün çox vacibdir. Biləndə ki, azarkeşlər məhz bizim üçün yarışlara baxmağa gəlib, o zaman biz də özümüzü məsuliyyətli, güclü və inamlı hiss edirik. Çalışacağıq ki, yarışlarda Azərbaycanın üçrəngli bayrağını yüksəldə bilək”.
Valentin Demyanenko: “İnanıram ki, avarçəkmə yarışlarında Azərbaycanı təmsil edən idmançılardan da çempion olacaq. Bunun üçün yüksək göstəricilər və yaxşı hazırlığımız var. Məşqlərimiz yüksək səviyyədə davam etdirilir. Təkcə azarkeşlərin dəstəyi qalır. Biz bu dəstəkdən güc alaraq yüksək nəticələr əldə edə bilərik”.