MƏDƏNİYYƏT
Azərbaycanın turizm potensialı beynəlxalq sərgilərdə nümayiş olunacaq
Bakı, 11 avqust, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə mütəmadi olaraq hər il bir sıra beynəlxalq turizm sərgilərində milli stendlə təmsil olunur.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə cari ilin sentyabr ayında qurumun Yaponiya və Fransada keçiriləcək beynəlxalq turizm sərgilərində iştirakı nəzərdə tutulub.
Bu ilin sentyabrın 24-dən 27-dək Tokio şəhərində keçiriləcək "JATA 2015" və sentyabrın 29-dan oktyabrın 2-dək Paris şəhərində təşkil olunacaq "Top Resa 2015" beynəlxalq turizm sərgilərində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edəcək. Həmçinin sərgilərdə yerli turizm şirkətləri və mehmanxanaların iştirakı da gözlənilir.
Adıçəkilən sərgilərdə respublikamızın turizm imkanlarını əks etdirən xüsusi lövhənin quraşdırılması və sərgiyə gələn ziyarətçi və iştirakçılara müxtəlif növ reklam-çap məhsullarının paylanmaq planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]