İDMAN


Azərbaycanın üç güləşçisi İslamiadanın yarımfinalına yüksəliblər

Bakı, 18 may, H.Mahmudova, S.Alahverdiyeva, AZƏRTAC

İslamiadanın yunan-Roma güləşi yarışlarında daha üç Azərbaycan idmançısı yarımfinala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabah Şəriəti ilk görüşündə vaxtından əvvəl 9:0 hesabı ilə qələbə qazanıb. O, dörddəbir final mərhələsində Pakistan təmsilçisi Ma Xandan üstün olub.

Digər təmsilçimiz Kamran Məmmədov (66 kq) yarımfinal uğrunda İran pəhləvanı Mehdi Zeidvand ilə qarşılaşıb. Azərbaycan güləşçisi 6:0 hesabı ilə qələbə qazanıb.

Həmçinin 75 kiloqram çəki dərəcəsində yarışan Elvin Mürsəliyev İran pəhləvanını məğlubiyyətə uğradıb. O, 6:1 hesabı ilə Rasoul Qarmsiri üzərində qələbə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.