İDMAN
Azərbaycanın üç qrossmeysteri FİDE-nin beynəlxalq reytinqinin ilk onluğuna daxildir
Oktyabrın 1-nə olan məlumata görə, bu siyahıda birinci yerdə yenə Maqnus Karlsendir. Hazırda onun reytinq əmsalı 2863-ə bərabərdir. Siyahıda ikinci yeri reytinq əmsalı 2844 olan Fabiano Karuana tutur. Yeri gəlmişkən, Karuana kişilər arasında 2014-2015-ci illərin üçüncü Qran-pri seriyasının bu gün Bakıda start götürən birinci mərhələsinin iştirakçılarından biridir. Veselin Topalov (2800) çoxlarının gözləmədiyi halda üçüncü yerə çıxıb.
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov reytinq əmsalını 8 bənd artıraraq ən güclü şahmatçıların ilk onluğuna daxil olub. Hazırda onun beynəlxalq ELO reytinqi 2764-ə bərabərdir.
Daha iki Azərbaycan qrossmeysteri - Teymur Rəcəbov və Rauf Məmmədov da hazırda dünyanın ən güclü 100 şahmatçısı sırasındadırlar. Teymur Rəcəbov (2726) bu siyahıda 25-ci, Rauf Məmmədov (2667) isə 80-ci yerdədir.
Qadın şahmatçılar arasında reytinq əmsalına görə birinci yeri macarıstanlı Yudit Polqar tutur (2675). Siyahıda ikinci yeri tutan Hou İfan (Çin) liderdən cəmi 2 bənd geri qalır. Çinin digər nümayəndəsi Yu Venyun (2582) üçüncü yerdədir.